6 aprel 2007-ci il Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Almaniya Federativ Respublikasının Texniki Əməkdaşlıq Cəmiyyətinin Bakı ofisinin direktoru Franz Heizmannı qəbul etmişdir;
23-25 mart 2010-cu il Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasının Qarmiş-Partenkirxen şəhərində Təhlükəsizlik Araşdırmaları üzrə Corc Marşal-Avropa Mərkəzi tərəfindən "Qara dəniz regionu ölkələrinin mülki qurumlarına hərbi dəstək" mövzusunda keçirilmiş konfransda iştirak etmək məqsədilə Almanyada səfərdə olmuşdur;
8-9 iyun 2009-cu il Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasının federal daxili işlər naziri cənab Volfqanq Şaublenin dəvəti ilə Almaniyada rəsmi səfərdə olmuşdur;
28 yanvar 2014-cü il Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Almaniya Federativ Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempeli qəbul etmişdir;
İmzalanmış sənədlər:
6 aprel 2007-ci il Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Almanıya Federativ Respublikasının Texniki əməkdaşlıq Cəmiyyəti arasında “Qafqaz təşəbbüsü çərçivəsində Azərbaycanda icma yönümlü erkən xəbərdarlıq və fəlakətlərin qarşısının alınmasına dair Anlaşma Memorandumu”;
8 iyun 2009-cu il “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Almaniya Federativ Respublikasının Federal Daxili İşlər Nazirliyi arasında ikitərəfli əməkdaşlığa və qarşılıqlı yardıma dair Birgə Niyyət Bəyannaməsi”;