Qarşılıqlı səfər və görüşlərin xronoloji ardıcıllığı:
18-20 aprel 2011-ci il Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun dəvəti ilə Latviya Respublikasının daxili işlər naziri xanım Linda Murnise Azərbaycanda rəsmi səfərdə olmuşdur;
30-31 may 2011-ci il Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasında rəsmi səfərdə olmuşdur;
12-13 mart 2013-cü il Latviya Respublikasının Daxili işlər naziri Rihards Kozlovskis və Daxili İşlər Nazirliyinin Dövlət yanğın və xilasetmə xidmətinin rəis müavini Kristaps Eklons Qəbələ şəhərində keçirilmiş “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” Beynəlxalq Konfransında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur;
14 mart 2013-cü il FHN-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ilə Latviya Respublikasının daxili işlər naziri Rihards Kozlovskisini arasında görüş keçirilmişdir;
4 iyul 2013-cü il Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasına səfəri ölkə Prezidenti cənab Andris Berzinş ilə görüşmüşdür;
16 yanvar 2014-cü il FHN-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ilə Latviya Respublikasının nəqliyyat naziri Anrijs Matissın arasında görüş keçirilmişdir;
23 may 2014-cü il FHN-də Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ilə Latviya Respublikasının kənd təsərrüfatı naziri Yanis Duklavs arasında görüş keçirilmişdir;
İmzalanmış sənədlər:
17 yanvar 2011-ci il “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”