Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 avqust 2013-cü il
№ 968
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyi arasında 2013-2015-ci illər üçün
KOMPLEKS ƏMƏKDAŞLIQ PLANI
Azərbaycan Respublikası FHN və Rusiya FHN arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişafı,
əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunmasına hazırlığın təmin edilməsi sahəsində təcrübə və məlumat mübadiləsinin təşkili, təbii fəlakətlərin və qəzaların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması,
Azərbaycan Respublikası FHN-in struktur bölmələrinin maddi-texniki bazasının və kadr potensialının möhkəmləndirilməsində yardımın göstərilməsi məqsədilə;
Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında 9 yanvar 2001-ci il tarixli Sazişə,
Azərbaycan Respublikası FHN və Rusiya FHN arasında əməkdaşlığın fəallaşdırılması haqqında 27 mart 2006-cı il tarixli Protokola,
Azərbaycan Respublikası FHN və Rusiya FHN arasında 2006-2008-ci illər üçün Kompleks əməkdaşlıq Planına,
Azərbaycan Respublikası FHN və Rusiya FHN arasında 2009-2011-ci illər üçün Kompleks əməkdaşlıq Planına əsaslanaraq,
Azərbaycan Respublikası FHN və Rusiya FHN (bundan sonra - Tərəflər) 2013-2015-ci illər üçün təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində aşağıdakı strateji fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq barədə razılığa gəldilər:
Əməkdaşlıq istiqamətləri | Cavabdeh struktur bölmələri | Həyata keçirmə müddəti | |
Azərbaycan Respublikası FHN | Rusiya FHN | ||
1. Tərəflərin struktur bölmələri arasında təcrübə mübadiləsi, elmi-texniki əməkdaşlıq | |||
1.1. Təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində normativ-hüquqi və normativ-texniki aktlar haqqında məlumat mübadiləsi | Hüquq idarəsi | Hüquq idarəsi | 2013-2015-ci illər |
1.2. Azərbaycan Respublikası FHN-in struktur bölmələrinin əməkdaşlarının Rusiya FHN-in təhsil müəssisələrində və mərkəzlərində təcrübə keçməsi və ixtisaslarının artırılması | Müvafiq struktur bölmələri | Mülki Müdafiə Akademiyası, Dövlət Yanğından Mühafizə Xidməti Akademiyası, Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universiteti | 2013-2015-ci illər |
1.3. Tərəflərin mütəxəssislərinin hər iki Tərəfin təşkil etdiyi təlim-tədris tədbirlərində təlimatçı və müəllim kimi iştirakı | Müvafiq struktur bölmələri | Mülki Müdafiə Akademiyası, Dövlət Yanğından Mühafizə Xidməti Akademiyası, Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universiteti | 2013-2015-ci illər |
1.4. Azərbaycan Respublikası FHN-in Akademiyasına elmi-texniki və kadr potensialının inkişafı, tədris-metodiki proqramın işlənib hazırlanması və həyata keçirilməsi, həmçinin aşağıdakı sahələr üzrə yardımın göstərilməsi: - beynəlxalq standartlara cavab verən matrisa siniflərin və simulyasiya mərkəzlərinin yaradılması; - ixtisasartırma kurslarının təşkil edilməsi və onların lazım olan proqram və tədris-metodiki materiallar ilə təmin edilməsi; | Azərbaycan Respublikası FHN-in Akademiyası | Mülki Müdafiə Akademiyası, Dövlət Yanğından Mühafizə Xidməti Akademiyası, Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universiteti | 2013-2015-ci illər |
1.5. Fövqəladə halların aradan qaldırılması zamanı müasir texnologiyaların tətbiq edilməsi məsələləri üzrə elm və texnika sahəsində ən son nailiyyətlər barədə məlumat mübadiləsi | Müvafiq struktur bölmələri | Elmi-texniki idarə (bundan sonra - ETİ), Mülki Müdafiə və fövqəladə hal problemləri üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutu (bundan sonra ÜETİ) | 2013-2015-ci illər |
1.6. Azərbaycan Respublikasının geoloji risklər (təhlükələr) xəritələrinin tərtib edilməsi üzrə metodiki yardımın göstərilməsi | İnfrastrukturun inkişafı Baş idarəsi, Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi | Mülki Müdafiə strateji araşdırmalar mərkəzi, Təbii və texnoqen xarakterli fövqəladə halların monitorinq və proqnozlaşdırılması Ümumirusiya mərkəzi (bundan sonra ÜM), ÜETİ | 2013-2015-ci illər |
1.7. Təbii fəlakətlərin və digər növ fövqəladə hal növlərinin proqnozlaşdırılması, onlara hazırlıq və cavabvermə sahəsində birgə elmi-tədqiqat proqramlarının və layihələrin işlənib hazırlanması və həyata keçirilməsi | İnfrastrukturun inkişafı Baş idarəsi, Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsi, Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi | Elmi-texniki idarə | 2013-2015-ci illər |
1.8. Fövqəladə halların idarə edilməsinin müxtəlif aspektləri üzrə birgə elmi-praktiki konfransların və seminarların keçirilməsi | Müvafiq struktur bölmələri | Müvafiq struktur bölmələri | 2013-2015-ci illər |
1.9. Tərəflər arasında regional mərkəzlərin işinin təşkili sahəsində təcrübə mübadiləsinin təşkili | İnfrastrukturun inkişafı Baş idarəsi, Regional Mərkəzlər | Ərazi Siyasət Departamenti | 2013-2015-ci illər |
1.10. Regional Mərkəzlər ilə böhran vəziyyətlərində idarəetmə mərkəzləri arasında qarşılıqlı fəaliyyətin təşkili sahəsində Tərəflər arasında təcrübə mübadiləsi | Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzi, Regional Mərkəzlər | Dövlət Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzi (bundan sonra - DBVİM), Cənub Regional Mərkəzi | 2013-2015-ci illər |
2. Fövqəladə hallara hazırlıq, onların nəticələrinin qarşısının alınması və aradan qaldırılması üzrə fəaliyyətlərin əlaqələndirilməsi | |||
2.1. Rusiya Federasiyasının Cənub regionunda və Azərbaycan Respublikasında mümkün və baş vermiş fövqəladə hallar barəsində məlumatın operativ mübadiləsinin təşkili | Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzi, Şimal və Şimal-qərb Regional Mərkəzləri | DMVİM | 2013-2015-ciillər |
2.2. Tərəflərin tabeçiliyindəki Müvafiq qurumların birgə təlimlərinin təşkili | Müvafiq struktur bölmələri | Müvafiq struktur bölmələri | 2013-2015-ciillər |
2.3. Azərbaycan Respublikasında və Rusiya Federasiyasının Cənub regionunda baş verən fövqəladə hallara birgə cavabvermə üçün potensialın transsərhədkontekstdə gələcək inkişafı | Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi, Şimal və Şimal-qərb Regional Mərkəzləri | Cənub Regional Mərkəzi | 2013-2015-ciillər |
2.4. Fövqəladə halların proqnozlaşdırılması, risklərin qiymətləndirilməsi və kompleks monitorinqi sisteminin təşkili məsələləri üzrə təcrübə mübadiləsi | Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsi | ÜM | 2013-2015-ciillər |
2.5. Baş vermiş fövqəladə hal barəsində ictimaiyyətin vaxtında xəbərdar edilməsi sahəsində təcrübə mübadiləsi | İctimaiyyətlə əlaqə idarəsi, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzi | İnformasiya idarəsi | 2013-2015-ciillər |
2.6. Axtarış-xilasetmə və qəza-xilasetmə işlərinin həyata keçirilməsi zamanı fəaliyyətlərin işlənməsi üçün təcrübə mübadiləsi və birgə təlimlərin təşkil edilməsi | Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Sularda Xilasetmə Xidməti, Tibb Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları | Yanğın-xilasetmə qüvvələri, xüsusi yanğın Mühafizə və mülki Müdafiə qüvvələri Departamenti (bundan sonra YXD), "Tsentrospas" dəstəsi, 179 nömrəli Xilasetmə Mərkəzi, Xüsusi riskli əməliyyatların keçirilməsi üzrə 294 nömrəli mərkəz | 2013-2015-ciillər |
2.7. Fövqəladə halların aradan qaldırılması zamanı Tərəflərin tabe qurumları arasında fasiləsiz keyfiyyətli rabitənin təmin edilməsi sahəsində təcrübə mübadiləsi | Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi, Rabitə idarəsi, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzi | DBVİM, Məlumatın Mühafizəsi idarəsi | 2013-2015-ciillər |
2.8. Fövqəladə hal risklərindən sığortalama üzrə mövcud sistemlərin Azərbaycan Respublikası şəraitində tətbiq edilməsi perspektivlərinin öyrənilməsi üzrə təcrübə mübadiləsi | Hüquq idarəsi | Nəzarət fəaliyyət departamenti | 2013-2015-ciillər |
2.9. Azərbaycan Respublikası FHN-ə təxliyə və səfərbərlik tədbirlərinin təşkil edilməsində metodiki yardımın göstərilməsi | Baş əməliyyat idarəsi, Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi, Mülki Müdafiə Qoşunları | Mülki Müdafiə Departamenti | 2013-2015-ciillər |
2.10. Humanitar yardımın göstərilməsi sahəsində təcrübə mübadiləsi | Beynəlxalq əlaqələr idarəsi, Humanitar yardımların idarə olunması şöbəsi | Beynəlxalq fəaliyyət departamenti | 2013-2015-ciillər |
2.11. Neft qaz yataqlarında, üzən neft tankerlərində və həmçinin Bakı-Novorossiysk ixrac boru kəmərin keçdiyi ərazilərdə yanğınların profilaktikası və söndürülməsi sahəsində əməkdaşlıq | Dövlət Yanğından Mühafizə Xidməti | YXD | 2013-2015-ciillər |
2.12. Azərbaycan Respublikasının fövqəladə halların baş vermə ehtimalı yüksək olan ərazilərində müasir erkən xəbərdarlıq sistemlərinin yaradılmasında yardımın göstərilməsi | Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsi, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzi, Rabitə İdarəsi Mülki Müdafiə Qoşunları | DBVİM | 2013-2015-ciillər |
2.13. Radioaktiv materialların və tullantıların idarə edilməsi, o cümlədən onların ətraf mühitə və insanlara təsiri minimuma endirilməklə istifadəsi, daşınması, deaktivasiyası, emalı və basdırılması sahəsində təcrübə mübadiləsi | Nüvə və radioloji fəaliyyətin tənzimlənməsi üzrə Dövlət Agentliyi, "İzotop" Xüsusi Kombinatı | Mülki Müdafiə Departamenti | 2013-2015-ciillər |
3. Xəzər dənizi hövzəsində və onun sahil boyu ərazilərində baş verən neft dağıntıları və qəza neft çirklənmələrinin digər növləri ilə bağlı hadisələrə cavabvermə sahəsində əməkdaşlıq | |||
3.1. Neft dağıntıları ilə bağlı hadisələrə cavabvermə üzrə birgə fəaliyyət planının həyata keçirilməsi | Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti, Mülki Müdafiə qoşunları | Mülki Müdafiə Departamenti, YXD | 2013-2015-ci illər |
3.2. Qəza neft dağıntılarının nəticələrinin aradan qaldırılması üzrə təcrübə mübadiləsi və Tərəflərin birgə təlimlər keçirməsi | Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti Mülki Müdafiə Qoşunları | Mülki Müdafiə Departamenti, YXD | 2013-2015-ci illər |
3.3. Neftlə çirklənmiş torpaqlar və su ehtiyatlarının təmizlənməsi metodikası və texnologiyasının birgə işlənib hazırlanması və təcrübə mübadiləsi | Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunları | Mülki Müdafiə Departamenti | 2013-2015-ci illər |
3.4. Neft dağıntıları ilə bağlı fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə beynəlxalq məqsədyönlü proqramların həyata keçirilməsində birgə iştirak | Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunları | Mülki Müdafiə Departamenti | 2013-2015-ci illər |
4. Nazirliklərin tərkibinə daxil olan strukturlar arasında əməkdaşlıq | |||
4.1. Azərbaycan Respublikası FHN-in Aviasiya dəstəsinin maddi-texniki bazasının və kadr potensialının inkişafında əlavə yardımın göstərilməsi, birgə uçuş təlimlərinin təşkili | Aviasiya Dəstəsi | Aviasiya və aviasiya-xilasetmə texnologiyaları idarəsi | 2013-2015-ciillər |
4.2. Azərbaycan Respublikası FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinologiya İdarəsinin bölmələrinin təlim sisteminin və hazırlığının təşkil edilməsində yardımın göstərilməsi | Xüsusi Riskli Xilasetmə Xidməti | YXD | 2013-2015-ciillər |
4.3. Fövqəladə hallar nəticəsində zərər çəkmiş insanlara təcili tibbi yardımın və psixoloji reabilitasiyanın göstərilməsi sahəsində təcrübə mübadiləsi | Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi, Tibb Xidməti | Tibbi-psixoloji təminat idarəsi, Təcili Psixoloji Yardım Mərkəzi (bundan sonra - TPYM) | 2013-2015-ciillər |
4.4. Azərbaycan Respublikası FHN-in Təcili Psixoloji Yardım Mərkəzinin yaradılmasında yardımın göstərilməsi | Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi, Tibb Xidməti | Təcili Psixoloji Yardım Mərkəzi | 2013-2015-ciillər |
4.5. Tərəflərin struktur bölmələrinin maddi-texniki təminatı sahəsində əməkdaşlıq | İnfrastrukturun inkişafı Baş idarəsi Maddi-texniki təminat idarəsi | Arxa cəbhə və silahlandırma departamenti | 2013-2015-ciillər |
4.6. Rusiya Federasiyası FHN-in Cənub Regional Mərkəzi, həmçinin Azərbaycan Respublikası FHN-in Şimal və Şimal-qərb Regional Mərkəzləri arasında gələcək əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən transsərhədfövqəladə hallara birgə cavabvermə planların işlənib hazırlanması və həyata keçirilməsi, Müvafiq təcrübə mübadiləsi və birgə təlimlərin keçirilməsi | Şimal və Şimal-qərb Regional Mərkəzləri | Cənub Regional Mərkəzi | 2013-2015-ciillər |
4.7. Tərəflərin böhran vəziyyətlərdə idarəetmə mərkəzləri arasında təcrübə mübadiləsi | Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzi | DBVİM | 2013-2015-ciillər |
4.8. Rusiya Federasiyası FHN-in və Azərbaycan Respublikası FHN-in Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişlikləri arasında əməkdaşlığın təşkil edilməsi, o cümlədən Xəzər dənizinin Azərbaycan və Rusiya sektorlarının sərhədində birgə təlimlərin keçirilməsi, kiçik həcmli gəmilərin sərhədi qeyri-qanuni olaraq keçmələri faktlarına qarşı tədbirlərin görülməsi, məlumat mübadiləsi və s. | Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi | Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin İdarəsi | 2013-2015-ciillər |
4.9. Rusiya Federasiyası FHN-in Stavropol diyarı üzrə Baş idarəsi və Azərbaycan Respublikası FHN-in Bakı Regional Mərkəzi arasında əməkdaşlığının inkişaf etdirilməsi, Azərbaycan Respublikası FHN və Rusiya Federasiyası FHN-in Şimali Qafqaz və Cənub Regional Mərkəzləri arasında olan əməkdaşlıq təcrübəsindən istifadə edilməsi | Bakı Regional Mərkəzi, Müvafiq struktur bölmələr | Cənub Regional Mərkəzi, Rusiya Federasiyası FHN-in Stavropol diyarı üzrə Baş idarəsi | 2013-2015-ciillər |
5. Beynəlxalq təşkilatlar və təşəbbüslər tərkibində fəaliyyətlər çərçivəsində əməkdaşlıq | |||
5.1. Azərbaycan Respublikası FHN ilə Rusiya FHNİ-ninCənub regional mərkəzinin sərhədyanı əməkdaşlığı çərçivəsində birgə tədbirlər planının yenilənməsi və həyata keçirilməsi | Müvafiq struktur bölmələr | Cənub Regional Mərkəzi | 2013-2015-ciillər |
5.2. Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq | Müvafiq struktur bölmələr | Müvafiq struktur bölmələr | 2013-2015-ciillər |
5.3. Azərbaycan Respublikası və Rusiya Federasiyasının üzv olduqları fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində müxtəlif beynəlxalq təşkilatların tərkibində əməkdaşlıq | Beynəlxalq əlaqələr idarəsi | Beynəlxalq fəaliyyət departamenti | 2013-2015-ciillər |
5.4. BMT-nin fövqəladə halların idarə edilməsi məsələləri üzrə ixtisaslaşmış təşkilatlarının tərkibində əməkdaşlıq | Beynəlxalq əlaqələr idarəsi | Beynəlxalq fəaliyyət departamenti | 2013-2015-ci illər |
5.5. Avropa Birliyinin fövqəladə halların idarə edilməsi sahəsində fəaliyyət göstərən ixtisaslaşmış strukturları ilə əməkdaşlıq | Beynəlxalq əlaqələr idarəsi | Beynəlxalq fəaliyyət departamenti | 2013-2015-ci illər |
5.6. Beynəlxalq Mülki Müdafiə Təşkilatı çərçivəsində əməkdaşlıq | Beynəlxalq əlaqələr idarəsi | Beynəlxalq fəaliyyət departamenti | 2013-2015-ci illər |
5.7, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq | Beynəlxalq əlaqələr idarəsi | Beynəlxalq fəaliyyət departamenti, Cənub Regional Mərkəzi | 2013-2015-ci illər |
5.8. Fövqəladə hallar üzrə Dövlətlərarası Şura çərçivəsində əməkdaşlıq | Beynəlxalq əlaqələr idarəsi | Beynəlxalq fəaliyyət departamenti | 2013-2015-ci illər |