Bir əlinizi zərərçəkmişın alnına, digər əlinizin iki barmağını çənəsinin altına, çənə sümüyünə qoyun. Eyni vaxtda başı arxaya əymək və çənəni yuxarı və önə qaldırmaqla tənəffüs yolunu açın.
Zərərçəkmişin alnında olan əlinizin baş və şəhadət barmağı ilə onun burnunu sıxın, digər əllə çənəsini tutun.
Dərindən nəfəs alaraq ağzınızı zərərçəkmişin ağzına kip sıxın.1saniyə müddətində, döş qəfəsi qalxanadək havanı onun ağzına üfürün. Eyni zamanda döş qəfəsini qalxmasını izləyin.
Ağzınızı çəkin və döş qəfəsinin tam enməsindən sonra ikinci dəfə süni nəfəs (1 saniyə müddətində) verin.
1 yaşa qədər körpələrdə ağzınızı körpənin ağzı və burnunun ətrafına kip sıxın. Havanı körpənin ağzına və burnuna üfürün.
Süni nəfəsvermə zamanı əgər döş qəfəsi qalxmırsa, tənəffüs yolunun açılması üsulunu (şək.2) təkrarlayın.