Vulkan püskürməsindən əvvəl nə etməli:
- gözlənilən vulkan püskürməsi haqqında xəbərləri izləyin;
- içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlayın;
- aidiyyəti qurumların köçürülmə ilə bağlı tələblərinə sözsüz əməl edin;
- havaya kül püskürülməsi haqqında xəbərdarlıq verildikdə evin qapı və pəncərələrini, tüstü bacalarını bağlayın;
- avtomobili qarajda saxlayın;
- heyvanları qapalı yerə salın.
Vulkan püskürməsi zamanı nə etməli:
- özünüzü vulkanın püskürdüyü daş və küldən qoruyun;
- vulkan püskürməsi güclü daşqın və sellə müşayiət oluna bilər. Buna görə, yaxındakı çaylardan uzaq durun, subasmadan qorunmaq üçün hündür yerlərə çıxın.
Vulkan püskürməsindən sonra nə etməli:
- külün nəfəs yollarına düşməsinin qarşısını almaq üçün ağız və burnunuzu tənziflə bağlayın;
- yanıq xəsarəti almamaq ücün qoruyucu eynək taxın;
- ətraf küllə örtülübsə, avtomobillə hərəkət etməyin, bu, onun sıradan çıxmasına səbəb olacaq;
- evin damının zərər çəkməməsi üçün damı küldən təmizləyin.