Liftdə problemlərin yaranmasının əsas səbəbləri aşağıdakılardır:
- elektrik təchizatı sistemində nasazlıq;
- liftin istismar müddətinin bitməsi;
- liftdə yersiz və sərt hərəkətlər;
- liftın qapılarının ətrafında toz və bu kimi maneələrin yığılması.
QƏTİ QADAĞANDIR:
- liftin normadan artıq yuklənməsi;
- uşaqların liftdən böyüklərsiz istifadə etmələri;
- liftin qapılarının arasında dayanmaq;
- liftin qapılarına və üzərindən cərəyan keçdiyindən tavanına toxunmaq;
- lifti silkələmək;
- liftin düymələrini qurdalamaq və zədələmək;
- liftdə siqaret çəkmək və alışqandan istifadə etmək;
- içərisində işıqları yanmayan liftə daxil olmaq;
- zəlzələ və yanğın zamanı liftdən istifadə etmək.
Liftdə köməksiz vəziyyətdə qalan şəxs bunları bilməlidir:
- qorxmamaq və təşvişə düşməmək;
- liftin zəng siqnalını fasilələrlə basaraq kömək çağırmaq;
- qapını zədələmədən döyərək kömək çağırmaq;
- yanınızda mobil telefon varsa, lift bələdçisinə və ya lift təsərrüfatına cavabdeh qurumlara məlumat vermək;
- əlaqədar qurumlarla əlaqə yaratmaq mümkün olmadıqda “112” qaynar xəttinə məlumat vermək;
- köməyə çağırdığınız insanlardan əlaqədar qurumlara məlumat vermələrini xahiş etmək.
Liftdə qalan şəxsə necə kömək etməli:
- liftdə qalanı sakitləşdirmək və həmin şəxsi müvafiq köməklik göstəriləcəyinə inandırmaq;
- lift təsərrüfatına cavabdeh olan şəxləri məlumatlandırmaq;
- əlaqədar qurumlarla əlaqə yaratmaq mümkün olmadıqda “112” qaynar xəttinə məlumat vermək.
Yadda saxlayın:
- xilasetmə işləri zamanı binanın damına çıxış qapısının açarı təcili olaraq lift mütəxəssisinə və ya xilasedicilərə təqdim olunmalıdır;
- kömək məqsədilə kənar şəxslərin liftin qapılarına və digər hissələrinə müdaxiləsi yolverilməzdir;
- lift mexanizmləri yalnız lift mütəxəssisləri tərəfindən təmir oluna bilər;
- lift nasazlıq səbəbindən nadir hallarda sürətlə aşağıya doğru hərəkət edərsə, bu halda liftdə olan şəxs üzü üstə döşəməyə uzanaraq və ya çömələrək əllərini liftin sağ və sol divarlarına sıxmalıdır.