Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı
Geri
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi adından protokol tərtib etmək səlahiyyəti olan şəxslər:
- Azərbaycan Respublikasının fövqəladə hallar naziri;
- Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavinləri;
- Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi işinin təşkili idarəsinin rəisi;
- Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi işinin təşkili idarəsinin Əhalinin və ərazilərin təhlükəsizliyinin təşkili şöbəsinin müdiri;
- Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi işinin təşkili idarəsinin Əhalinin və ərazilərin təhlükəsizliyinin təşkili şöbəsinin müdir müavini;
- Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi işinin təşkili idarəsinin Əhalinin və ərazilərin təhlükəsizliyinin təşkili şöbəsinin baş məsləhətçiləri;
- Su Ehtiyatları Dövlət Agentliyinin rəisi;
- Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavinləri;
- Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri;
- Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinin müavini.