Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Türkiyəyə yola düşmüş FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət ilk qrup qardaş ölkəyə çatıb
Geri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Türkiyə Respublikasına yola düşmüş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup qardaş ölkəyə çatıb.
Yanğınsöndürmə qüvvələrinin ilk qrupunu gətirən təyyarə iyulun 31-də Bakı vaxtı ilə saat 00:10 radələrində Muğla Dalaman Hava Limanına enib.