AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

KİÇİKHƏCMLİ GƏMİLƏRƏ NƏZARƏT VƏ SULARDA XİLASETMƏ DÖVLƏT XİDMƏTİ



Geri

26 mart 2020-ci il saat 08:00-dək:

Cəlilabad rayonunun Maşlıq kəndində ümumi sahəsi 120 m² olan talvarın yanar konstruksiyaları 75 m² sahədə və altına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Salyan rayonunun Quyçu kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli, tavanı qamışdan ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.