AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

KİÇİKHƏCMLİ GƏMİLƏRƏ NƏZARƏT VƏ SULARDA XİLASETMƏ DÖVLƏT XİDMƏTİ



Geri

13 yanvar 2019-cu il saat 00:00-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 50 m² olan köməkçi tikilinin dam örtüyü yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 yanvar 2019-cu il saat 22:45-dək:

Bakı şəhərinin Nərimanov rayonunda "Golden Shine" otelinin yerləşdiyi beşmərtəbəli binanın zirzəmisində qazanxananın ətrafında 5 p.m elektrik kabeli yanmışdır. Qatı tüstü olduğundan oteldə olan vətəndaşlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilmişdir. İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmamışdır. Yanğın saat 22:36-da yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 yanvar 2019-cu il saat 22:30-dək:

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin hamam otağının yanar konstruksiyaları və içərisindəki əşyalar 15 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Tovuz rayonunun Əlibəyli kəndində həyətyanı sahəyə yığılmış 12 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 yanvar 2019-cu il saat 22:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili yardım briqadasına təhvil verilməsi barədə müraciət daxil olmuşdur. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilmişdir. Əməliyyat başa çatmışdır.

Geri

12 yanvar 2019-cu il saat 19:15-dək:

Şəki şəhərinin Baş Şabalıd kəndində ümumi sahəsi 20 m² olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 0,8 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 yanvar 2019-cu il saat 19:00-dək:

Şəmkir rayonunda həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Səbail rayonunda “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Samux rayonunun Salahlı kəndində həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

12 yanvar 2019-cu il saat 14:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi və Nərimanov rayonlarında 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanlarına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.​

Geri

12 yanvar 2019-cu il saat 08:45-dək:

Samux rayonunun Qarağaşlı kəndində tutumu 56 ton olan qurutma qurğusunun plastmas arakəsmələri və içərisindəki 56 ton qarğıdalının 6 tonu yanmışdır. Yüksək temperaturdan qurğu qismən deformasiyaya uğramışdır. Qarğıdalının qalan hissəsi və tutumu 56 ton olan 3 ədəd qurutma qurğusu yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət vaqonun içərisindəki  əşyalar və bitişik ümumi sahəsi 20 m² olan köşkün yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 yanvar 2019-cu il saat 05:00-dək:

Bakı şəhərinin Qaradağ rayonunda "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 yanvar 2019-cu il saat 00:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.