AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

KİÇİKHƏCMLİ GƏMİLƏRƏ NƏZARƏT VƏ SULARDA XİLASETMƏ DÖVLƏT XİDMƏTİ



Geri

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə bağlı FHN-də iclas keçirilib

19 sentyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin inzibati binasında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli Fərmanının icrasına məsul olan müvafiq dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib.

Tədbirdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Nazirlər Kabineti Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev, Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Sahib Quliyev, “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov, SOCAR “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəis müavini Orxan İsayev,  FHN-in aidiyyəti rəhbər şəxsləri iştirak ediblər.

İclasda “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanından irəli gələn məsələlərin icra vəziyyəti müzakirə olunub, ötən dövr ərzində həyata keçirilmiş tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin ölkə əhalisinə qayğısının növbəti bariz göstəricisi olaraq imzaladığı məlum Fərman əhalinin sosial problemlərinin həlli, mənzil-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində atılan növbəti mühüm addımdır. Bu səbəbdən, aidiyyəti dövlət qurumları üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməlidir.

Bildirilib ki, hazırda işlər Fərmanla müəyyən olunmuş zaman çərçivəsinə uyğun həyata keçirilir. Görülmüş tədbirlər nəticəsində ümumilikdə müayinə nəticələri müsbət olan 243 binadan (kompleksdən) ümumi sahəsi 2873089 m2 olan 28443 mənzilli, 497 girişli 168 binaya (kompleksə) dair müvafiq rəy tərtib edilərək aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon və Gəncə Şəhər İcra hakimiyyətlərinə təqdim olunub.

İclasda görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr, habelə Fərmanın icrası ilə bağlı qarşıya çıxan məsələlərin operativ həllinə nail olunması yolları geniş müzakirə olunub, irəli sürülmüş təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyində NATO Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin nümayəndə heyəti ilə görüş keçirilib

18 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyində nazir müavini general-leytenant Etibar Mirzəyev ölkəmizdə “NATO günləri” çərçivəsində səfərdə olan Alyansın Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video)

8 oktyabr 2019-cu il tarixində Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi dalğıc axtarış qrupu cəlb edilməklə Aviasiya dəstəsinin 1 ədəd helikopteri vasitəsilə davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video)

8 oktyabr 2019-cu il tarixində Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin 1 ədəd helikopteri cəlb edilməklə müvafiq qüvvələri tərəfindən davam etdirilir....

Ardını oxu