AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

KİÇİKHƏCMLİ GƏMİLƏRƏ NƏZARƏT VƏ SULARDA XİLASETMƏ DÖVLƏT XİDMƏTİ






Geri

FHN-in rəhbərliyi tərəfindən Şəki, Zaqatala və Balakən şəhərlərində vətəndaşların qəbulunun tarixi dəyişib

14 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən Şəki şəhərində, nazirin birinci müavini Rəfail Mirzəyev tərəfindən Balakən şəhərində və nazir müavini Etibar Mirzəyev tərəfindən Zaqatala şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi dəyişib. Qəbul barədə əlavə məlumat veriləcəkdir.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

14 iyun 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyev məktəbinin lektoriyası”nın növbəti məşğələsi keçirilib. Lektoriyanın qonağı Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov olub. ...

Ardını oxu

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü mütərəqqi siyasətin bir hissəsi olaraq ölkəmizdə baş verən müxtəlif təbii və texnogen xarakterli fövqəladə hadisələrdən zərər çəkən vətəndaşların sağlamlığına və mülkiyyətinə dəyən ziyanın aradan qaldırılması ilə bağlı yüksək səviyyədə dövlət dəstəyi göstərilir. Son illər ardıcıl olaraq göstərilən bu dəstəyin......

Ardını oxu

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası davam etdirilir

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar tədbirlər davam etdirilir. Belə ki, dövlət başçısının on minlərlə insanı sevindirən növbəti humanist addımı olan bu Fərmanın icrasının müəyyən olunmuş vaxtda başa çatdırılması məqsədilə......

Ardını oxu