AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

KİÇİKHƏCMLİ GƏMİLƏRƏ NƏZARƏT VƏ SULARDA XİLASETMƏ DÖVLƏT XİDMƏTİ





Geri

Nazir müavini Etibar Mirzəyev NATO-nun Təbii Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika Koordinasiya Mərkəzinin regional əlaqələndiricisi Vanhamme Villem ilə görüşüb

Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev 3-8 noyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə FHN Akademiyasında “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda keçirilən beynəlxalq regional təlimdə iştirak edən NATO-nun Təbii Fəlakətlərə Cavabvermə üzrə Avro-Atlantika Koordinasiya Mərkəzinin regional əlaqələndiricisi Vanhamme Villem ilə görüşüb.

Qonağı salamlayan nazir müavini Etibar Mirzəyev FHN-in Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin INSARAG sinifləndirilməsi məqsədilə həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib, Bakıda təşkil olunan “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq regional təlimin əhəmiyyətindən danışıb. Nazir müavini NATO və onun qurumları ilə mülki fövqəladə planlaşdırma sahəsində əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu bildirərək əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Qonaq isə öz növbəsində NATO-nun Təbii Fəlakətlərə Cavabvermənin Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəzi ilə Azərbaycanın uyğun qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsinin məqsədəuyğun olduğunu bildirib.

Görüşdə hər iki qurum arasında əməkdaşlığın vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Digər məlumatlar

Vətəndaşın FHN-in facebook səhifəsinə müraciətinə çevik reaksiya verildi

Fövqəladə Hallar Nazirliyinin rəsmi facebook səhifəsinə (https://www.facebook.com/officialfhn/) vətəndaş tərəfindən edilmiş şikayət əsasında FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video - Foto)

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nizami rayonunun inzibati ərazisində aparılan tikintilərə dövlət nəzarəti həyata keçirilən zaman......

Ardını oxu

FHN-in Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı olub (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan növbəti modul tipli hospitalının inşa edilməsi... ...

Ardını oxu