AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

KİÇİKHƏCMLİ GƏMİLƏRƏ NƏZARƏT VƏ SULARDA XİLASETMƏ DÖVLƏT XİDMƏTİ



Geri

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə 28 fevral 2018-ci il tarixində Kür çayının Mingəçevir şəhərindəki sahilində maarifləndirmə tədbiri keçirmişdir. “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilın təbdirdə kiçikhəcmli gəmi istifadəçiləri iştirak etmişdir. İstifadəçilərə bu tip gəmilərin təchizat avadanlıqları, onların qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınması və texniki baxışdan keçirilməsi, gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınması haqqında ətraflı məlumat verilmişdir. Eyni zamanda kiçikhəcmli gəmi sürücüləri xilasedici vasitələr, onların təsnifatı və istifadə qaydaları haqqında da maarifləndirilmişdir.

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Gəncə şəhərində vətəndaşların qəbulunun tarixi dəyişmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  21 dekabr 2018-ci il tarixində Gəncə şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişdirilərək 25 yanvar 2019-cu il tarixinə təyin edilmişdir....

Ardını oxu

Nazir Kəmaləddin Heydərov Qətər Dövlətinin milli günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak etmişdir

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin milli günü münasibətilə dekabrın 17-də Qətər Dövlətinin ölkəmizdəki səfirliyi tərəfindən təşkil edilmiş rəsmi qəbulda iştirak etmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü və işçilərinin peşə bayramı münasibətilə 15 dekabr 2018-ci il tarixində Kollegiya iclası keçirilmişdir. ...

Ardını oxu