AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

NÜVƏ VƏ RADİOLOJİ FƏALİYYƏTİN TƏNZİMLƏNMƏSİ ÜZRƏ DÖVLƏT AGENTLİYİ






Geri

10 iyul 2020-ci il saat 16:45-dək:

Göyçay rayonunun Mırtı kəndində ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları və  çardağına yığılan 4 ton ot bağlaması yanıb. Yüksək temperaturdan yaxınlıqdan keçən rabitə naqilləri 4 p.m əriyib. Tövlənin içərisində çəlləklərə yığılan 1 ton taxıl yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

10 iyul 2020-ci il saat 13:45-dək:

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 30 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

10 iyul 2020-ci il saat 10:15-dək:

Göygöl rayonunda taxta sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən saat 10:05-də söndürülüb.

Geri

10 iyul 2020-ci il saat 08:45-dək:

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 50 m² olan avtoyuma məntəqəsinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 10 m² sahədə əriyib. Avtoyuma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Abşeron rayonunda istirahət mərkəzinin ərazisində ümumi sahəsi 50 m² olan mətbəxdə 1 ədəd pəncərə çərçivəsi və soyuducu yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 50 m² sahədə əriyib. Mətbəxin qalan hissəsi və istirahət mərkəzi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Goranboy rayonunun Qarasuçu kəndində həyətyanı sahəyə yığılan 7,5 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Kürdəmir rayonunun Sığırlı kəndində ümumi sahəsi 160 m² olan tövlənin yanar konstruksiyaları 40 m² sahədə və çardağına yığılan 10 ton ot bağlamasının 5 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Zərdab rayonunun Dəkkəoba kəndində həyətyanı sahəyə yığılan 20 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sabirabad rayonunun Zalqaraağac kəndində ümumi sahəsi 45 m² olan birmərtəbəli evin çardağı və çardağının taxta atmaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

10 iyul 2020-ci il saat 08:30-dək:

Göygöl rayonunda ümumi sahəsi 2000 m² olan taxta sexinin yanar konstruksiyaları 1000 m² sahədə və içərisində olan taxta yonqar yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:25-də məhdudlaşdırılıb. Yanğınsöndürmə işləri davam etdirilir. Hal-hazırda soyutma işləri və digər zəruri tədbirlər həyata keçirilir.