AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

NÜVƏ VƏ RADİOLOJİ FƏALİYYƏTİN TƏNZİMLƏNMƏSİ ÜZRƏ DÖVLƏT AGENTLİYİ





Geri

03 yanvar 2018-ci il saat 17:45-dək:

Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının pilləkən qəfəsində taxtadan ibarət dolab 2 m2 sahədə yanmışdır. Yanğın zamanı mənzillərdən 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunmuşdur. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

03 yanvar 2018-ci il saat 14:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açmış və orada aşkarlanan 1936-cı il təvəllüdlü Koneev Ramazan Soberjanoviçin cəsədini aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

03 yanvar 2018-ci il saat 09:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda “Kia” və “Hyundai” markalı iki minik avtomobili toqquşmuşdur. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən otellərin birində partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuş, aidiyyəti dövlət qurumları məlumatlandırılmışdır. Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüş və xüsusi təlim keçmiş itlər tətbiq olunmaqla binada və ətraf ərazilərdə axtarış işləri aparmışlar. Axtarışlar nəticəsində partlayış təhlükəli əşya və heç bir şübhəli predmet aşkar edilməmişdir.​

 

Geri

02 yanvar 2018-ci il saat 08:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və uşaqları  aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.