AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

NÜVƏ VƏ RADİOLOJİ FƏALİYYƏTİN TƏNZİMLƏNMƏSİ ÜZRƏ DÖVLƏT AGENTLİYİ



Geri

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2019-cu il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir:

Sıra № Texniki baxışın keçiriləcəyi şəhər və rayonlar Texniki baxışın keçirilmə vaxtı
1. Xaçmaz,Şabran,Siyəzən,Xızı 11-21 fevral
2. Astara,Lənkəran,Masallı 1-11 aprel
3. Salyan,Neftçala,Şirvan 22-30 aprel
4. Mingəçevir və digər daxili su hövzələri 16-26 sentyabr
5. Bakı şəhəri və Abşeron rayonu üzrə  
5.1 Bibiheybət-Ələt istiqamətində  Hər Ayın 2-ci və 3-cü həftəsinin II və III günləri
5.2 Zığ-Pirallahi istiqamətində Hər Ayın 2-ci və 3-cü həftəsinin II və III günləri
5.3 Şimal QRES-Nardaran istiqamətində Hər Ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri
5.4 Goradil-Z.Tağıyev istiqamətində Hər Ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri
 

Qeyd edək ki, cədvəldə göstərilmiş günlər hava şəraitindən asılı olaraq dəyişdirilə bilər.

Digər məlumatlar

Heydər Əliyev Fondu və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib

Heydər Əliyev Fondu və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə 18 mart 2019-cu il tarixində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün paytaxtın 1, 2 və 3 saylı internat məktəblərinin şagirdləri Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəaliyyəti ilə tanış olmuşlar. ...

Ardını oxu

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən......

Ardını oxu

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasına həsr olunan müşavirə keçirilib

14 mart 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin......

Ardını oxu