AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

NÜVƏ VƏ RADİOLOJİ FƏALİYYƏTİN TƏNZİMLƏNMƏSİ ÜZRƏ DÖVLƏT AGENTLİYİ

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 29 fevral 2020-ci il tarixində İsmayıllı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11:00-dan İsmayıllı rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 28 fevral 2020-ci il tarixində Heydər Əliyev Mərkəzinin binasında saat... 27 fevral 2020-ci il


24 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar  nazirinin müavini general-leytenant Etibar Mirzəyev Avstriya Respublikasının Azərbaycan Respublikasındakı... 24 fevral 2020-ci il


18 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 48A... 18 fevral 2020-ci il


Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 18 m² olan dönərxananın tavanı 15 m² sahədə və içərisində elektrik sobası yanıb...


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...


Zaqatala rayonunun Yuxarı Tala kəndində "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb...

Ümumi məlumat


AR Prezidentinin 24 aprel 2008-ci il tarixli 746 N-li Fərmanı ilə respublikamızda nüvə və radioloji təhlükəsizlik sahəsində yaranan münasibətlərin nizamlanması, respublikamızın üzərinə düşən beynəlxalq öhdəliklərin lazımınca yerinə yetirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi təsis edilmiş və 3 aprel 2009-cu il tarixli 74 nömrəli Fərmanla Agentliyin Əsasnaməsi təsdiq edilmişdir. Dövlət Agentliyi əhalinin və ərazilərin nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasında, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində 8 şöbə, bu şöbələrin nəzdində 9 sektor fəaliyyət göstərir.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi əhalinin və ərazilərin nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasında, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

 

Vahid siyasət

Nüvə və radioloji fəaliyyət sahəsində vahid dövlət siyasətinin və tənzimlənməsinin hazırlanmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

Təhlükəsizliyin tənzimlənməsi

Nüvə və radioloji fəaliyyətin təhlükəsizliyinin tənzimlənməsi mexanizmini müəyyən edir. Nüvə və radioloji fəaliyyətin həyata keçirilməsinə və təhlükəsizliyinin təmin edilməsinə nəzarət edir. Nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində aşkar edilmiş pozuntulara qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görür;

Qanunvericilik

Nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində norma və qaydalara riayət olunmasına nəzarət edir. Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.

Rəhbərlik haqqında məlumat


Hüseynov Vüqar İsfəndiyar oğlu

Azərbaycan Respublikası FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi.

02.05.1971 tarixində Gədəbəy rayonunda anadan olub. Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib.
Fizika-riyaziyyat elmləri namizədidir. Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsində çalışır.
Ailəlidir. 2 övladı var.

Qəbul günləri:
cümə günləri 17:00-18:00

Əmiraslanov Xəzər Kamal oğlu

Azərbaycan Respublikası FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini.

20.02.1974-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetinin Robot-Texnikası fakultəsini və Azərbaycan İqtisad Universitetinin Maliyyə Kredit fakultəsini bitirib.