AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SƏNAYEDƏ İŞLƏRİN TƏHLÜKƏSİZ GÖRÜLMƏSİ VƏ DAĞ-MƏDƏN NƏZARƏTİ DÖVLƏT AGENTLİYİ






Geri

22 fevral 2019-cu il saat 11:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda bir nəfər tikilməkdə olan dördmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə  yerinə cəlb olunub. Xilasedicilər polis əməkdaşları ilə bərabər vətəndaşla psixoloji söhbətlər aparıb. Nəticədə o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.
Geri

22 fevral 2019-cu il saat 11:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.

Geri

22 fevral 2019-cu il saat 09:00-dək:

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 350 m² olan tikilinin taxta atmaları 100 m² sahədə və içərisindəki 14 ton ot bağlamasının 7 tonu yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 fevral 2019-cu il saat 08:30-dək:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 20 m² olan köşkün yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Balakən rayonunun Katex kəndində ümumi sahəsi 720 m² olan tikilinin (qurutma sexi kimi fəaliyyət göstərir) içərisində 150 ədəd plastik tara yanıb. Taraların qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 fevral 2019-cu il saat 08:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər.  Əməliyyat başa çatıb.

Yevlax rayonunun Aşağı Qarxun kəndində "VAZ" markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü 1987-cü il təvəllüdlü Abbasov Əli Polad oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Geri

22 fevral 2019-cu il saat 00:30-dək:

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində yerləşən qarajın yanar konstruksiyaları 20 m² sahədə və içərisində olan “GMC” markalı minik avtomobilin yanar hissələri yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.