AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SƏNAYEDƏ İŞLƏRİN TƏHLÜKƏSİZ GÖRÜLMƏSİ VƏ DAĞ-MƏDƏN NƏZARƏTİ DÖVLƏT AGENTLİYİ







Geri

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərargahının məlumatı

Əməliyyatın aparıldığı ərazidə hava şəraitinin kəskin pisləşməsi (qar yağması, temperaturun aşağı enməsi, güclü küləyin əsməsi, görüntü məsafəsinin azalması) ilə əlaqədar olaraq axtarış-xilasetmə işləri məhdudlaşdırılmışdır.

Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində Nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələr, digər dövlət qurumlarının əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstə iştirak edir. Meteoroloji şəraitdən asılı olaraq əməliyyata Fövqəladə Hallar Nazirliyinin helikopteri və xüsusi təlim keçmiş itlər cəlb olunur. 

Əlavə məlumat veriləcək.

Digər məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur

Oktyabrın 13-də Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov  Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur. Nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olmuş, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir.​...

Ardını oxu

Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı 10 oktyabr 2018-ci il tarixində FHN-in Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsində Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirmişdir. ...

Ardını oxu

“Mübarizlər” ekstremal idman marafonu üzrə qalib komanda təltif olunmuşdur

6 oktyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Mübarizlər” ekstremal idman marafonu üzrə respublikanın güc strukturlarının komandaları arasında keçirilmiş yarışda birinci yer tutmuş Fövqəladə Hallar Nazirliyinin komandasının üzvlərinin təltif olunma mərasimi keçirilmişdir. ...

Ardını oxu