AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SƏNAYEDƏ İŞLƏRİN TƏHLÜKƏSİZ GÖRÜLMƏSİ VƏ DAĞ-MƏDƏN NƏZARƏTİ DÖVLƏT AGENTLİYİ






Geri

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının I Hesabat-Seçki konfransı keçirilmişdir

14 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının I Hesabat-Seçki konfransı  keçirilmişdir.

Konfransda Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Azərbaycan Həmkarlar İttifaqları  Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, millət vəkili Səttar Möhbalıyev, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və  nazirliyin aparatının idarə rəisləri, qurumlarının və regional mərkəzlərinin rəhbərləri, sahə həmkarlar ittifaqı respublika komitələrinin sədrləri və nazirliyin aparatı və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrində keçirilmiş konfranslarda seçilmiş nümayəndələr iştirak etmişdir.

Dövlət himninin səslənməsindən sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək hesabat-seçki konfransının işini açıq elan etmişdir.

Konfransın gündəliyi təsdiq olunduqdan sonra konfransın işini idarə edəcək mandat, redaksiya və hesablayıcı komissiyaların tərkibi müəyyən olunaraq konfransın gündəliyində duran ilk məsələ-Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı sədrinin hesabat məruzəsi dinlənilmişdir. İttifaqın sədrinin hesabat məruzəsi ilk olaraq ötən dövr ərzində həmkarlar ittifaqının fəaliyyətini əhatə edən video-çarx ilə başlanılmış və Mehman İsmayılovun çıxışı ilə davam etmişdir.

Konfransda iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının sədri Səttar Möhbalıyev çıxış edərək, FHN işçilərinin Həmkarlar ittifaqının yarandığı gündən bu dövrə qədərki fəaliyyətinə nəzər salaraq konfransın işini yüksək qiymətləndirmiş, fəaliyyətlərində uğurlar arzulamışdır.

Sonra Fövqəladə Hallar Nazirinin müavini general-leytenant Etibar Mirzəyev çıxış edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının qısa zaman ərzində gördüyü işlərin əhəmiyyətindən danışmış, gələcək fəaliyyətlərində müvəfəqiyyətlər arzulamışdır.

Daha sonra həmkarlar ittifaqının Təftiş komissiyasının hesabatı dinlənilmişdir. Təftiş komissiyasının hesabatı bitdikdən sonra konfrans məruzə ətrafında çıxışlarla davam etmişdir. Çıxış edənlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədrliyinə yenidən Mehman İsmayılovun namizədliyini irəli sürdüklərini təklif etmişlər. Həmçinin bu təkiliflə yanaşı 2018-ci ilin fevral ayında keçirilməsi planlaşdırılan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında Konfederasiya sədrinin yenidən seçilməsinə millət vəkili Səttar Möhbalıyevin yenidən namizədliyininin irəli sürülməsini dəstəklədiklərini bildirmişlər.

Konfransın mandat komissiyasının hesabatı dinlənildikdən sonra ittifaqın rəhbər orqanlarının yeni tərkibinin  və həmkarlar ittifaqı sədrinin seçilməsinin müzakirəsi   başlanılmışdır. Konfrans iştirakçıları tərəfindən yekdilliklə namizədliyi irəli sürülmüş Mehman İsmayılov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının yenidən sədri seçilmişdir.

Daha sonra həmkarlar ittifaqının Təftiş Komissiyasının və Respublika Komitəsinin üzvlərinin səsvermə yolu ilə yeni tərkibi təsdiq edilmişdir.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olmuşdur.   ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülmüşdür. Əlavə məlumat veriləcək....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.  ...

Ardını oxu