AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİKİNTİDƏ TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT DÖVLƏT AGENTLİYİ






Geri

14 avqust 2019-cu il saat 10:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Suraxanı rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzilindən çıxarılaraq aşağı endirilməsi barədə müraciət daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşı xərəklə beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsindən aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

14 avqust 2019-cu il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşa köməklik göstərib.

Geri

14 avqust 2019-cu il saat 08:00-dək:

Ağcabədi rayonunun Salmanbəyli kəndində 6 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

14 avqust 2019-cu il saat 01:30-dək:

Ağstafa rayonunun Köçəsgər kəndində 20 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.