AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİKİNTİDƏ TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT DÖVLƏT AGENTLİYİ



Geri

02 dekabr 2019-cu il saat 15:30-dək:

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 390 m² olan 2 mərtəbəli evin dam örtüyünün taxta atmaları 195 m² sahədə, 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və içərisindəki əşyalar 28 m² sahədə yanıb. Yüksək temperaturdan evin mətbəxinin lambirindən ibarət tavanı 16 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Masallı rayonunun Ərkivan qəsəbəsində ümumi sahəsi 240 m² olan 2 mərtəbəli evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və içərisindəki əşyalar 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 dekabr 2019-cu il saat 14:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda altımərtəbəli inzibati binanın dam örtüyünün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər qopan hissəni yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Geri

02 dekabr 2019-cu il saat 11:30-dək:

Goranboy rayonunda ümumi sahəsi 80 m² olan 2 otaqlı köməkçi tikilinin bir otağının lambirindən ibarət tavanı 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

02 dekabr 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

02 dekabr 2019-cu il saat 08:00-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 185 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 35 m² sahədə yanıb. Sexin qalan hissəsi və içərisində olan 3 minik avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.