AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİKİNTİDƏ TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT DÖVLƏT AGENTLİYİ



Geri

21 oktyabr 2019-cu il saat 17:00-dək:

Sabirabad rayonunun Əlicanlı kəndində ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin damına yığılan 5 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şamaxı rayonunun Qızmeydan kəndində 30 ton ot bağlamasının 20 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ferma yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

21 oktyabr 2019-cu il saat 13:00-dək:

Qusar rayonunun Salahoba kəndində ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və içərisinə yığılan odun 5 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Gəncə şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində, ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin mətbəxində hava təmizləyici qurğu və əşyalar 3 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

21 oktyabr 2019-cu il saat 12:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə briqadasına təhvil verilməsi üçün müraciət daxil olub. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri Gəncə şəhərinin Kəpəz rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili tibbi yardım tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

21 oktyabr 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

21 oktyabr 2019-cu il saat 08:15-dək:

Bakı şəhərinin Xəzər rayonunda "Ford" markalı yük avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sabirabad rayonunda ümumi sahəsi 25 m² olan köməkçi tikilinin qamışdan ibarət tavanı 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.