AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİKİNTİDƏ TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT DÖVLƏT AGENTLİYİ



Geri

21 oktyabr 2019-cu il saat 13:00-dək:

Qusar rayonunun Salahoba kəndində ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və içərisinə yığılan odun 5 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Gəncə şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində, ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin mətbəxində hava təmizləyici qurğu və əşyalar 3 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

21 oktyabr 2019-cu il saat 12:15-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə briqadasına təhvil verilməsi üçün müraciət daxil olub. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri Gəncə şəhərinin Kəpəz rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili tibbi yardım tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

21 oktyabr 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

21 oktyabr 2019-cu il saat 08:15-dək:

Bakı şəhərinin Xəzər rayonunda "Ford" markalı yük avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sabirabad rayonunda ümumi sahəsi 25 m² olan köməkçi tikilinin qamışdan ibarət tavanı 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.