AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİKİNTİDƏ TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT DÖVLƏT AGENTLİYİ



Geri

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən qonşu Rusiya Federasiyası ilə sərhəddə Qusar rayonunun ərazisində yerləşən “Samur” sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsi genişləndirilib. Belə ki, qısa müddətdə genişləndirilən məntəqədə hazırda 240 çadır olmaqla eyni vaxtda 1200 nəfərin qalması mümkündür.

Məntəqədə normal yaşayış üçün hər cür şərait yaradılıb, sanitar-gigiyenik tələblər tam təmin olunub, qidalanma, çadırların isidilməsi, gigiyenik vasitələrlə təchizat və s. ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilib.

Ərazidə görülən işlərlə əlaqədar bu gün Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev qəbul-çeşidləmə məntəqəsində olub, müvafiq tapşırıqlar verib.

Xatırladaq ki, sərhəd-keçid məntəqəsində ilkin tibbi müayinədən keçən şəxslərin qəbul-çeşidləmə məntəqəsində fəaliyyət göstərən və hər cür müasir tibbi avadanlıqlarla təchiz edilmiş FHN-in peşəkar tibbi briqadaları tərəfindən təkrar müayinəsi və burada karantin rejimində müvəqqəti qalması təmin edilir. Həmçinin, hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyyəsi nəzərdə tutulur.

Digər məlumatlar

Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün EVDƏ QALın (Video)

Ölkəmizdə koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, məlum olduğu kimi, aprel ayının 20-nə kimi ölkədə xüsusi karantin rejimi tətbiq edilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə......

Ardını oxu

FHN koronavirus təhlükəsi ilə bağlı fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir (Video)

Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. ...

Ardını oxu