AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİKİNTİDƏ TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT DÖVLƏT AGENTLİYİ



Geri

Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi tərəfindən respublikanın rayonlarında vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 29 fevral 2020-ci il tarixində İsmayıllı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11:00-dan İsmayıllı rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 28 fevral 2020-ci il tarixində Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-da başlayacaq.

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov tərəfindən 28 fevral 2020-ci il tarixində Qobustan şəhərində, Dövlət Yanğından Mühafizə hissəsinin inzibati binasında saat 11:00-dan Qobustan rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 28 fevral 2020-ci il tarixində Dövlət Yanğından Mühafizə hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq.

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev tərəfindən 28 fevral 2020-ci il tarixində Ağsu şəhərində, Dövlət Yanğından Mühafizə hissəsinin inzibati binasında saat 11:00-dan Ağsu rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 28 fevral 2020-ci il tarixində Dövlət Yanğından Mühafizə hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: info@fhn.gov.az

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə......

Ardını oxu

FHN koronavirus təhlükəsi ilə bağlı fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir (Video)

Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir....

Ardını oxu