AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİKİNTİDƏ TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT DÖVLƏT AGENTLİYİ





Geri

“Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq regional təlim uğurla başa çatdı

3-8 noyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən FHN Akademiyasında “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda keçirilən beynəlxalq regional təlimə yekun vurulub.

Tədbirə Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, BMT-nin Müstəqil Dövlətlər Birliyinin təbii fəlakətlərə cavab tədbiri üzrə əlaqələndirici şəxsi Roberto Kolancelo, BMT-nin Azərbaycan ofisinin rezident əlaqələndiricisi Qulam İsaczai, digər beynəlxalq təşkilatların nümayəndələri və təlim iştirakçıları qatılıblar.

Mərasimdə çıxış edən Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev BMT-nin Beynəlxalq Axtarış və Xilasetmə üzrə Məşvərət Qrupu (İNSARAG) və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə  keçirilən beynəlxalq regional təlimin müvəffəqiyyətlə başa çatdığını bildirib. Təlim iştirakçılarını səmimi qəlbdən təbrik edən nazir müavini onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. E.Mirzəyev təlimin məhz Azərbaycanda keçirilməsinə və hərtərəfli dəstəyinə görə Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Koordinasiya Ofisinin rəhbərliyinə öz dərin minnətdarlığını bildirib. Eyni zamanda, qeyd edib ki, beynəlxalq regional təlimdə 25-dən artıq ölkə, 10 beynəlxalq və qeyri-hökumət təşkilatları ilə yanaşı Azərbaycan Respublikasının 25-dən artıq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.

Nazir müavini bildirib ki, təlim zamanı ssenariyə uyğun olaraq fəlakət nəticəsində zərərçəkmiş ölkəyə beynəlxalq humanitar yardımın göstərilməsi sahəsində prosedurlar icra edilib. Onun sözlərinə görə, təlim iştirakçıları üçün təcrübə mübadiləsinin aparılması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi baxımından təlimin böyük əhəmiyyəti olub və bu birgə iş həmçinin əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsinə zəmin yaradıb.

Sonra çıxış edənlər - BMT-nin Müstəqil Dövlətlər Birliyinin təbii fəlakətlərə cavab tədbiri üzrə əlaqələndirici şəxsi Roberto Kolancelo və BMT-nin Azərbaycan ofisinin rezident əlaqələndiricisi Qulam İsaczai təlimin uğurla reallaşdırıldığını bildiriblər. Çıxış edənlər bu təlimin beynəlxalq əməkdaşlığın genişləndirilməsi və dərinləşməsində böyük rol oynadığını vurğulayıblar.

Sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Sonda xatirə şəkili çəkdirilib.

Digər məlumatlar

FHN sosial dəstək tədbirlərini davam etdirir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu