23 İyul 2014--cü il, 18:39
Əlaqələr

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi

AZ1014, Bakı şəhəri,
Məhəmməd Füzuli küçəsi, 69

tel.: (012) 512-21-25; 512-21-42
faks: (012) 512-21-19
e-poçt: tttnda@fhn.gov.az

Sorğu
Daha çox hansı fövqəladə hal zamanı davranış qaydaları haqqında məlumat almaq istərdiniz?
Təbii mənşəli fövqəladə hallar haqqında
Texnogen mənşəli fövqəladə hallar haqqında
Bütün fövqəladə hallar haqqında
Agentliyin qurumları

Baş Dövlət Tikinti Müfəttişliyi respublika ərazisində I və II məsuliyyət səviyyəli bina və qurğularda aparılan tikinti-quraşdırma işlərinin müvafiq tikinti norma və qaydalarının, standartlarının tələblərinə və layihə sənədlərinə uyğunluğunu, qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin və razılaşdırılmaların mövcudluğu və tikinti obyektlərinin istismara qəbulunda müvafiq qaydalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirən dövlət orqanıdır.

Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti fövqəladə halların qarşısını alınması və nəticələrinin aradan qaldırılması üçün dövlət büdcəsi və büdcədənkənar vəsaitlər üzrə sifarişçi funksiyalarını yerinə yetirən dövlət orqanıdır.

Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi layihəqabağı və tikinti layihə sənədlərinin layihələndirmə və smeta üzrə tikinti və şəhərsalma norma və qaydalarının tələblərinə, verilən texniki şərtlərinə, müvafiq razılaşdırılmaqların mövcudluğuna,  mühəndis-geoloji nəticələrinin uyğunluğuna və ümumiyyətlə inşa olu­­nacaq bina və qurğuların dayanıqlığını, o cümlədən sey­smik təsirlərə davamlılığı üz­rə normativ tələblərə uyğunluğuna dövlət nəzarətini həyata keçirən qurumdur.

Tikintidə Qiymətqoyma Mərkəzi dövlət büdcə vəsaiti hesabına tikinti işlərinin aparılması üzrə smeta dəyərinin müəyyənləşdirilməsində dövlət nəzarətini həyata keçirən təsərrüfat hesablı hüquqi şəxsdir.

"Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu bina və qurğuların layihələndirilməsini həyata keçirən, tikintidə təhlükəsizliyə nəzarətin aparılmasına dair metodik-normativ sənədlərin və tövsiyələrin, tikintiyə dair digər normativ-texniki sənədlərin hazırlanmasında iştirak edən təsərrüfat hesablı prinsipi ilə fəaliyyət göstərən qurumudur. İnstitutun tərkibində Mühəndis-Geoloji, Topoqrafiya-Geodeziya və Seysmoloji Təhlil Mərkəzi fəaliyyət göstərir.

S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu inşaat materiallarının istehsalı və tikinti sənayesi sahələrində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə elmi-tədqiqat, layihə-konstruktor və təcrübə-sınaq işləri aparan, tikintiyə dair normativ-texniki sənədlərin hazırlanmasında iştirak edən təsərrüfat hesablı qurumdur.

"Azərinşaatlayihə" Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu emal müəssisələrinin, eləcə də iqtisadiyyatın digər sahələrində obyektlərin, onlarla bağlı qurğuların, avadanlıq və sistemlərin, infrastruktur obyektlərinin layihələndirilməsini, tikinti ilə əlaqədar mühəndis-axtarış işlərini həyata keçirən təsərrüfat hesablı prinsipi əsasında  fəaliyyət göstərən qurumdur.

"Azərdövləttikintilayihə" Dövlət Layihə İnstitutu bina və qurğuların layihələndirilməsini həyata keçirən, tikintidə təhlükəsizliyə nəzarətin aparılmasına dair metodik-normativ sənədlərin və tövsiyələrin, tikintiyə dair digər normativ-texniki sənədlərin hazırlanmasında iştirak edən təsərrüfat hesablı prinsipi ilə fəaliyyət göstərən qurumudur.

"Azkommunlayihə" Kommunal Layihələndirmə İnstitutu tikililərin, o cümlədən kommunal təsərrüfatlı obyektlərinin layihələndirilməsini həyata keçirən, tikintidə təhlükəsizliyə nəzarətin aparılmasına dair metodiki-normativ sənədlərin və tövsiyələrin, tikintiyə dair digər normativ-texniki sənədlərin hazırlanmasında iştirak edən təsərrüfat hesabı prinsipi ilə fəaliyyət göstərən qurumdur.

Regional Mərkəzlər
Bakı RM Bakı Sumqayıt RM Sumqayıt Şimal RM Şimal Şimal-Qərb RM Şimal-Qərb Muğan RM Muğan RM Aran RM Aran RM Cənub RM Cənub RM Qarabağ RM Qarabağ RM Gəncə RM Gəncə RM Naxçıvan RM
Nazirliyin qurumları
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi internet informasiya portalı