AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞIN NƏZARƏTİ XİDMƏTİ





Geri

10 aprel 2020-ci il saat 11:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşları halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

10 aprel 2020-ci il saat 11:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində məişət tullantıları poliqonunda yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

Geri

10 aprel 2020-ci il saat 07:45-dək:

Sabirabad rayonunun Xəlfəli kəndində ümumi sahəsi 52 m² olan kafenin qamışdan ibarət tavanı 8 m² sahədə yanıb. Kafenin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.