AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞIN NƏZARƏTİ XİDMƏTİ



Geri

08 noyabr 2019-cu il saat 22:30-dək:

Füzuli rayonunun 2 №-li Qayıdış qəsəbəsində həyətyanı sahədə 2 ton ot bağlamasının 0,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağcabədi rayonunun Gələbədin kəndində həyətyanı sahədə 12 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

08 noyabr 2019-cu il saat 17:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.
Geri

08 noyabr 2019-cu il saat 15:45-dək:

Şabran rayonunun Surra kəndində ümumi sahəsi 24 m² olan talvarın altına yığılan 6 ton ot bağlaması yanıb. Talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

08 noyabr 2019-cu il saat 15:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Gəncə Regional Məzkəzinin xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1941-ci il təvəllüdlü Səfərəliyev Səfər Cavid oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Geri

08 noyabr 2019-cu il saat 13:00-dək:

Xaçmaz rayonunun Seyidli kəndində ümumi sahəsi 60 m² olan vaqon tipli tikilinin taxta üzlüyü və içərisində olan əşyalar 50 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xaçmaz rayonunun Pirquluoba kəndində ümumi sahəsi 180 m² olan ikimərtəbəli köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

08 noyabr 2019-cu il saat 12:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

08 noyabr 2019-cu il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib;

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

08 noyabr 2019-cu il saat 08:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 180 m² olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə və yaxınlıqdakı ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Balakən rayonunun Qazma kəndində ümumi sahəsi 1000 m² olan fermanın yanar konstruksiyaları və içərisinə yığılan 140 ton ot bağlamasının 100 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

08 noyabr 2019-cu il saat 02:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.