AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞIN NƏZARƏTİ XİDMƏTİ



Geri

22 oktyabr 2019-cu il saat 19:15-dək:

İmişli rayonunun Xəlfəli kəndində ümumi sahəsi 160 m² olan tövlənin yanar konstruksiyaları 135 m² sahədə və damına yığılan 4 ton ot bağlamasının 3 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

22 oktyabr 2019-cu il saat 14:00-dək:

Qusar rayonunun Quxur kəndi ərazisində mürrəkkəb relyefli yüksək dağ massivində aparılan axtarış-əməliyyat tədbirləri başa çatıb. S.Sərxanovun meyiti Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən çətinkeçilən ərazidən çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Geri

22 oktyabr 2019-cu il saat 09:30-dək:

21.10.2019-cu il tarixində saat 18:30 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qusar rayonunun Quxur kəndi ərazisində, mürəkkəb relyefli yüksək dağ massivində 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun hündürlükdən yıxılaraq dərəyə düşdüyü ehtimal olunur.

Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

 

Geri

22 oktyabr 2019-cu il saat 02:00-dək:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sumqayıt şəhərində "ВАЗ" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunda ümumi sahəsi 10 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin taxta üzlüyü yanıb, yüksək temperaturdan ümumi sahəsi 20 m² olan digər tikilinin lambirindən ibarət üzlüyü 5 m² sahədə əriyib. Hər iki tikilinin qalan hissəsi və digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.