AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞIN NƏZARƏTİ XİDMƏTİ







Geri

14 yanvar 2018-ci il saat 06:45-də:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda "VAZ" markalı minik avtomobili yol qəzası nəticəsində yol kənarına aşmışdır. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır. ​

Geri

14 yanvar 2018-ci il saat 02:45-dək:

Kürdəmir rayonu, Sığırlı kəndində həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 11 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, 2-ci Mayak kəndində ümumi sahəsi 45 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 35 m2 sahədə və içərisinə yığılmış 1,8 ton ot bağlamasının 1,4 tonu yanmışdır. Köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​