AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞIN NƏZARƏTİ XİDMƏTİ






Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti 13 iyun 2018-ci il tarixində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutunda “Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Bakı şəhərinin Nərimanov, Nizami və Xətai rayonlarında yerləşən iri səhiyyə müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Səhiyyə Nazirliyinin müraciəti əsasında təşkil olunmuşdur.

Tədbirdə səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi ilə bağlı görülən işlərdən danışılmış, qarşılıqlı əməkdaşlıq şəraitində yanğından mühafizənin təmin edilməsinin, fövqəladə hadisələrin qarşısının alınması məqsədilə lazımı qabaqlayıcı tədbirlərin görülməsinin, könüllü yanğınsöndürmə dəstələrinin fəaliyyətinin vacibliyi diqqətə çatdırılmışdır. Toplantıda fotoslaydların müşayiəti ilə ”Səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi” mövzusunda məruzə edilmiş, həmçinin yanğın təhlükəsizliyinə dair tövsiyələr vermiş, “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları”, “Qaz cihazlarından istifadə edərkən yanğın, partlayış, zəhərlənmə kimi fövqəladə hadisələrin baş verməməsi üçün təhlükəsizlik qaydalarına əmək edin!”  mövzularında yaddaş vərəqələri və “Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi”, “İnzibati binaların yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçaları paylanmışdır.

Tədbirdə  yanğınsöndürmə vasitələrindən istifadə qaydaları da əyani surətdə nümayiş olunmuşdur.

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Siyəzən şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  22 iyun 2018-ci il tarixində Siyəzən şəhərində, Siyəzən Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyində görüş keçirmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində 14 iyun 2018-ci il tairixində ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-leytenant Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. ...

Ardını oxu

FHN "Qafqaz Baku City Hotel & Residence” otelində yanğın-taktiki təlimi keçirəcəkdir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi 2018-ci il iyunun 12-də saat 15:00-da Bakı şəhər Tbilisi prospekti 34 ünvanında yerləşən “Qafqaz Baku City Hotel & Residence” otelində yanğın-taktiki təlimi keçirəcəkdir. ...

Ardını oxu