AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞIN NƏZARƏTİ XİDMƏTİ



Geri

FHN Mətbuat xidmətinin məlumatı

Mart ayının 6-da Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 14 km məsafədə yerləşən və çətin şəraitli yolu olan rayonun Laza kənd orta məktəbində yanğın baş vermişdir. Yanğın barədə ilk məlumat Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə mərkəzinə həmin gün saat 13:27 dəqiqədə daxil olmuşdur. Dərhal hadisə yerinə Qəbələ yaron Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq olaraq hər biri 6, 8 və 9 ton su və köpük əmələ gətirən məhlul ilə təchiz olunmuş 3 yanğınsöndürən avtomobili göndərilmişdir. İlk yanğınsöndürmə avtomobili saat 13:55 dəqiqədə hadisə yerinə çatmış və dərhal yanğının söndürülməsi işlərinə başlanılmışdır.

Çətin yol şəraitində 14 km məsafəni qət etmiş yanğınsöndürmə avtomobillərindən birinin su nasosunda yaranmış nasazlıq səbəbindən həmin avtoçəndən yanğın yerinə suyun verilməsi dayanmışdır.

Təəssüf hissi ilə qeyd edirik ki, bəzi sosial şəbəkələrdə düzgün olmayan məlumatların yayılması və baş verən hadisələrə başqa “don geyindirərək” görülən işlərə kölgə salınmasına cəhd olunmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi, məktəbin binasında baş vermiş yanğın söndürülərkən yanğınsöndürmə avtomobillərindən birinin su nasosunda yaranmış nasazlıq səbəbindən həmin avtoçəndən yanğın yerinə suyun verilməsi prosesi dayanan zaman bəzi şəxslər hadisəni videogörüntüyə alaraq yanğınsöndürən avtomobillərin hadisə yerinə susuz gəlməsi fikrini aşılamağa çalışmışlar. FHN bir daha bildirir ki, Dövlət Yanğndan Mühafizə Xidmətinin yanğın texnikaları lazımi odsöndürücü vasitələrlə (su və köpük əmələ gətirən məhlul) tam təmin olunaraq döyüş hesabında saxlanılır. Heç bir halda döyüş hesabında olan yanğın texnikası hadisə yerinə susuz yürüş etmir.

Həmçinin qeyd olunmalıdır ki, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın təhlükəsizliyi sahəsindəki çoxsaylı pozuntularla bağlı həmin məktəbin rəhbərliyinə ötən illər ərzində dəfələrlə xəbərdarlıqlar edilmişdir.  Bu il yanğından 3 gün əvvəl, məktəb direktoruna yanğın təhlükəsizliyi sahəsində inzibati xətaya yolverdiyi üçün 03 mart 2018-ci il tarixli 0000532 saylı protokol tərtib edilmişdir.

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Gəncə şəhərində vətəndaşların qəbulunun tarixi dəyişmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  21 dekabr 2018-ci il tarixində Gəncə şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişdirilərək 25 yanvar 2019-cu il tarixinə təyin edilmişdir....

Ardını oxu

Nazir Kəmaləddin Heydərov Qətər Dövlətinin milli günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak etmişdir

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin milli günü münasibətilə dekabrın 17-də Qətər Dövlətinin ölkəmizdəki səfirliyi tərəfindən təşkil edilmiş rəsmi qəbulda iştirak etmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü və işçilərinin peşə bayramı münasibətilə 15 dekabr 2018-ci il tarixində Kollegiya iclası keçirilmişdir. ...

Ardını oxu