AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞIN NƏZARƏTİ XİDMƏTİ







Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Salyan şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  15 mart 2018-ci il tarixdə Salyan şəhərində, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda yalnız Salyan, Neftçala, Biləsuvar rayonlarının və Şirvan şəhərinin sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Salyan şəhərində, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin binasında 14 mart 2018-ci il tarixdə saat 09.00-da başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: info@fhn.gov.az

Digər məlumatlar

FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17 sentyabr 2018-ci il tarixində məzun buraxılışı və “Bilik günü”nə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətində tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində “Respublika ərazisində fəaliyyət göstərən lisenziya şirkətləri tərəfindən yanğından mühafizə sistemlərinin qanunvericiliyin tələblərinə uyğun quraşdırılması, mövcud problemlər və aradan qaldırılması yolları” mövzusunda 14 sentyabr 2018-ci il tarixində iclas keçirilmişdir. İclasda Xidmətin aidiyyəti şöbə və sektorlarının əməkdaşları ilə yanaşı 76 lisenziya......

Ardını oxu

FHN-in Akademiyasında andiçmə mərasimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 14 sentyabr 2018-cı il tarixində ilkin hərbi hazırlığı başa vurmuş kursantların təntənəli andiçmə mərasimi keçirilmişdir. ...

Ardını oxu