AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞIN NƏZARƏTİ XİDMƏTİ



Geri

DYNX məscid və kilsələrdə yanğına qarşı maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarşı təbliğat xarakterli növbəti tədbirlərini 6-7 fevral 2018-ci il tarixlərində Sabunçu rayonunda yerləşən İmam Rza və Qaraçuxur məscidlərində, Xətai rayonunda yerləşən Keşlə Şahabbas Cümə Məscidində və “Müqəddəs Məryəm Ana” katolik kilsəsində keçirmişdir. Tədbirlərin keçirilməsində məqsəd məscid və kilsələrin yanğın təhlükəsizliyi ilə bağlı əhalini maarifləndirmək, bu istiqamətdə həyata keçirilən işlərin səmərəsini artırmaq olmuşdur.

Keçirilmiş görüşlərdə yanğın təhlükəsizliyi  qaydaları haqqında ətraflı məlumat verilmiş, ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, elektrik təsərrüfatının saz vəziyyətdə olması, yanğına qarşı su təchizatına (su hovuzları, su kəmərləri, su çənləri, su hidrantları) qayğı ilə yanaşılmasının  vacibliyi  qeyd olunmuşdur.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilmiş, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri tədbir iştirakçılarına paylanmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığına əsasən, Abşeron yarımadası, Xəzər dənizi Akvatoriyasında və respublikamızın rayonlarında gözlənilən təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin və qəzaların vaxtında aşkarlanaraq......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirmişdir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi və 1-ci ərazi DYNİ-nin əməkdaşları ilə birgə 15 yanvar 2019-cu il tarixində Binəqədi rayonundakı S.Məmmədov  adına 301 nömrəli tam orta məktəbində maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun Mətbuat xidmətlərinin MƏLUMATI

Yanvarın 9-da saat 03 radələrində paytaxtın Yasamal rayonu, Tolstoy küçəsi, ev 40-da yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olmuşdur....

Ardını oxu