AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞIN NƏZARƏTİ XİDMƏTİ





Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yanğına qarşı təbliğat günlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Məcburi Köçkünlərin Sosial  İnkişaf  Fondunun müraciəti əsasında  1-2  fevral  2018-ci il tarixlərində Bərdə şəhərində yerləşən Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Bərdə Peşə Liseyinin və Mingəçevir şəhərində yerləşən yataqxanalarda məskunlaşan məcburi köçkünlər arasında maarifləndirmə işləri aparılmışdır. Tədbirlərdə işıqlandırmaq üçün açıq alovdan (şam, məşəl) istifadə edilməsinin, sobanın üzərində və yanında paltar qurudulmasının, kustar üsulla düzəldilmiş elektrik avadanlıqlarından və elektrik qızdırıcı cihazlarından istifadə edilməsinin, bacaların yaxınlığındakı çardaqlarda tez alışan əşya və məişət qaz balonları saxlanmasının, qaz balonlarından və nasaz qaz cihazlarından istifadə olunmasının, siqaret çəkərkən diqqətsizlik edilməsinin, uşaqların odla dəcəlliyinin real yanğın təhlükəsi yarada bildiyini, tüstü bacalarının ildə iki dəfə təmizlənməsini, mənzildən çıxarkən elektrik avadanlığı, qaz cihazlarını şəbəkədən ayırmağı və söndürməyi unutmamağı, məişətdə yanğın zamanı nə etməli, odsöndürən balonlar və onlardan istifadə qaydalarını sakinlərin nəzərinə çatdırmış və “Vətəndaşların nəzərinə”, “Məişətdə yanğın zamanı davranış qaydaları” adlı yaddaş vərəqələri onlara  paylanmışdır.

Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı:

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) çətin meteoroloji şəraitdə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır.  ...

Ardını oxu

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın növbəti ekspert görüşü keçirilmişdir

15 fevral 2018-ci il tarixində Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hər iki tərəfdən olan nümayəndə heyətinin iştirakı ilə növbəti ekspert görüşü keçirilmişdir. ...

Ardını oxu

DYNX məscidlərdə maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti növbəti maarifləndirmə tədbirini 8 fevral 2018-ci il tarixində Nəsimi rayonunda yerləşən Hacı Əjdərbəy və Səbail rayonunda yerləşən Bibiheybət məscidlərində keçirmişdir. Tədbirlərin keçirilməsində məqsəd ibadət yerlərinin yanğın təhlükəsizliyi ilə bağlı əhalini maarifləndirmək, bu istiqamətdə həyata keçirilən işlərin səmərəsini artırmaq olmuşdur. ...

Ardını oxu