AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞIN NƏZARƏTİ XİDMƏTİ





Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarşı təbliğat xarakterli tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğına qarşı təbliğat xarakterli növbəti tədbiri 6 dekabr 2017-ci il tarixində paytaxtın Sabunçu rayonunda yerləşən Şuşa rayon Malıbəyli kənd orta məktəbində keçirmişdir.  

Tədbirdə “Yanğın təhlükəsizliyi qaydalarına riayət edin” adlı slayd təqdim edilərək yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilmiş, ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi (təxliyyə) planlarının və hər bir otaq üçün yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına (su hovuzları, su kəmərləri, su çənləri, su hidrantları) qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunmuşdur.

Maarifləndirici söhbətlərdə qaz və elektrik təsərrüfatında təhlükəsizlik qaydalarının pozulması, o cümlədən qaz cihazlarının nəzarətsiz qalması, onların istifadəsinin uşaqlara həvalə edilməsi, tüstü bacalarının işlək və təmiz vəziyyətdə olmaması, standartlara uyğun olmayan qaz və elektrik cihazlarından istifadə olunması, əsas və ehtiyat çıxışların, keçidlərin əşyalarla, qurğularla tutulması, tamburlarda və pilləkən qəfəslərində anbar tikmək, eləcə də əşyaların saxlanılmasının, pəncərələrdə dəmir barmaqlıqların quraşdırılmasının qadağan olması, hər yerdə təmizliyə riayət olunması tədbir iştirakçılarının diqqətinə  çatdırılmışdır.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilmiş, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”,   “Yanğın zamanı davranış qaydaları”, “Hər bir məktəbli yanğın təhlükəsizliyi qaydalarını bilməli və ona əməl etməlidir” mövzularında yaddaş vərəqələri, bukletlər və “İnzibati binaların yanğın təhlükəsizliyi”, “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçaları tədbir iştirakçılarına paylanmışdır. 

Digər məlumatlar

FHN Şirvan şəhərində taktiki-xüsusi təlimi keçirəcək

15-16 noyabr 2018-ci il tarixlərində Şirvan şəhərində, Şirvan və Cənub İstilik Elektrik Stansiyalarının ərazisində “Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlimi keçiriləcək....

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov BMT-nin Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun rəhbərliyi ilə görüşmüşdür

Azərbaycan Respublikasının Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 5 noyabr 2018-ci il tarixində BMT-nin Humanitar məsələlərin Əlaqələndirmə Ofisinin... ...

Ardını oxu

“İNSARAG – 2018 xilasetmə dəstələrinin idarə edilməsi kursu”nun açılışı olmuşdur

5 noyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında BMT-nin Humanitar məsələlərin Əlaqələndirmə Ofisinin Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun (İNSARAG) təşkilatçılığı və Azərbaycan FHN-in dəstəyi ilə “İNSARAG – 2018 xilasetmə dəstələrinin  idarə edilməsi kursu”nun açılış mərsimi keçirilmişdir. ...

Ardını oxu