AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SU EHTİYYATLARI DÖVLƏT AGENTLİYİ






Geri

06 iyul 2020-ci il saat 22:00-dək:

Lənkəran rayonunda Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində 15 ha sahədə və kənd bələdiyyəsinə məxsus ərazidə 5 ha sahədə qamışlıq, kol-kos yanıb. Yanğın saat 20:30-da söndürülüb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Geri

06 iyul 2020-ci il saat 21:15-dək:

Ağcabədi rayonunda ümumi sahəsi 170 m² olan ikimərtəbəli evin mətbəxində 1 ədəd soyuducu yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Sabirabad rayonunun Məmişlər kəndində ümumi sahəsi 135 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlamasının 1 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağsu rayonunun Bozavand kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 30 ədəd taxta yeşik yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

06 iyul 2020-ci il saat 18:15-dək:

Şəki rayonunun Vərəzət kəndində həyətyanı sahəyə yığılan 6 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

06 iyul 2020-ci il saat 18:00-dək:

Lənkəran rayonunda Qızılağac Dövlət Təbiət Qoruğunda dənizkənarında qamışlıq və kolluq ərazidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

06 iyul 2020-ci il saat 12:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Geri

06 iyul 2020-ci il saat 11:45-dək:

Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində ümumi sahəsi 40 m² olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 120 m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyüyün yanar konstruksiyaları və ümumi sahəsi 110 m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

06 iyul 2020-ci il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Nəsimi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib;

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.
Geri

06 iyul 2020-ci il saat 08:00-dək:

Qusar rayonunun Piral kəndində "ЗИЛ" markalı yük avtomobilinin taxta konstruksiyadan ibarət banı və banına yığılan 2,5 ton ot bağlamasının 2 tonu yanıb. Avtomobilin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Qazax rayonunun Daş Salahlı kəndində "QEDEİR" markalı kombaynın salonu və mühərrik hissəsi qismən yanıb. Kombaynın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.