AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SU EHTİYYATLARI DÖVLƏT AGENTLİYİ



Geri

26 yanvar 2020-ci il saat 20:00-dək:

Bərdə rayonunun Qazaxlar kəndində ümumi sahəsi 40 m² olan tovlənin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdakı ot bağlamaları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Abşeron rayonunda "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 yanvar 2020-ci il saat 18:45-dək:

Oğuz rayonunda, dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Yanğın nəticəsində dağlıq ərazidə 1 ha sahədə kol-kos yanıb.

Geri

26 yanvar 2020-ci il saat 16:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.

Geri

26 yanvar 2020-ci il saat 15:45-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Oğuz rayonunda, dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri cəlb edilib.

İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə təqribən 1 ha sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri

26 yanvar 2020-ci il saat 15:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində tikilən taxtadan ibarət tikililər 12 m² sahədə, 1 ədəd paltaryuyan maşın və dəhlizdən keçən 6 p. m elektrik naqili yanıb. Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Dəhlizin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Masallı rayonunun Köcəkli kəndində ümumi sahəsi 10 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 4 ton ot bağlamasının 1.5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və bitişik tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağstafa rayonunun Zəlimxan kəndində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və damına yığılan 1 ton ot bağlamasının 300 kiloqramı yanıb. Tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Göyçay rayonunda hər mərtəbəsi 1250 m² olan, hazırda fəaliyyət göstərməyən üçmərtəbəli xəstəxana binasının 3-cü mərtəbəsində kağız tullantıları 15 m² sahədə yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 yanvar 2020-ci il saat 13:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanında daş parçası asılı vəziyyətdə qalıb. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər asılı vəziyyətdə qalan daş parçasını müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Geri

26 yanvar 2020-ci il saat 11:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonunda “Mercedes” markalı sərnişin avtobusu və “ВАЗ” markalı minik avtomobili toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “ВАЗ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Geri

26 yanvar 2020-ci il saat 09:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib;

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

26 yanvar 2020-ci il saat 07:00-dək:

Göyçay rayonunda ümumi sahəsi 156 m² olan birmərtəbəli 4 otaqlı evin bir otağının tavanı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

26 yanvar 2020-ci il saat 03:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Şabran rayonu, Zeyvə kəndi yaxınlığında, meşəlik ərazidə 3 nəfərin azaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyinin Şimal Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd edilən əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində 1994-cü il təvəllüdlü Yusifli Natiq Namiq oğlu, 1994-cü il təvəllüdlü Tərlanov Tərxan Fazil oğlu və 1994-cü il təvəllüdlü Məmmədli Şəms Şamil qızı mürəkkəb relyefli çətinkeçilən ərazidən tapılaraq xilas olunub və aidiyyəti üzrə təhvil veriliblər.
Geri

26 yanvar 2020-ci il saat 01:00-dək:

Bərdə rayonunun Alaçadırlı kəndində ümumi sahəsi 230 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 14 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.