AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SU EHTİYYATLARI DÖVLƏT AGENTLİYİ



Geri

10 oktyabr 2019-cu il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Geri

10 oktyabr 2019-cu il saat 20:15-dək:

Şəmkir rayonunun Qasımalılar kəndində ümumi sahəsi 25 m² olan yardımçı tikilinin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yardımçı tikilinin qalan hissəsi və yaxınlıqdakı ferma yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

10 oktyabr 2019-cu il saat 15:45-dək:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 42 m² olan avtoyuma məntəqəsinin lambirindən ibarət tavanı, içərisində elektrik kabeli 2 p.m və əşyalar 1 m² sahədə yanıb. Avtoyuma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağsu rayonunun Nəmirli kəndində ümumi sahəsi 175 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 6 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

10 oktyabr 2019-cu il saat 12:00-dək:

Şabran rayonunun Pirəmsən kəndində ümumi sahəsi 120 m² olan talvarın yanar konstruksiyaları 100 m² sahədə yanıb. Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri

10 oktyabr 2019-cu il saat 11:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda ağırçəkili 1 nəfərin evdən çıxarılaraq təcili yardım briqadasına təhvil verilməsi barədə müraciət daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Geri

10 oktyabr 2019-cu il saat 09:15-dək:

Gəncə şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 3 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri

10 oktyabr 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov, Yasamal və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Geri

10 oktyabr 2019-cu il saat 08:00-dək:

Sumqayıt şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları 20 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.