AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SU EHTİYYATLARI DÖVLƏT AGENTLİYİ







Geri

12 sentyabr 2018-ci il saat 22:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.​

Geri

12 sentyabr 2018-ci il saat 21:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​

Geri

12 sentyabr 2018-ci il saat 20:45-dək:

Cəlilabad rayonunun Sadatlı kəndində ümumi sahəsi 80 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililəryanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Geri

12 sentyabr 2018-ci il saat 19:15-dək:

Bakı şəhərinin Sabunçu rayonunda həyətyanı sahəyə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Zaqatala rayonunun Mamrux kəndində ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 7 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 sentyabr 2018-ci il saat 18:30-dək:

Bakı şəhərinin Xətai rayonunda ikimərtəbəli inzibati binanın (hazırda fəaliyyət göstərmir) 2-ci mərtəbəsində ümumi sahəsi 25 m² olan 1 otağında divara quraşdırılmış taxtadan ibarət tablo 4 m² sahədə və 2 ədəd məişət avadanlığı yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 sentyabr 2018-ci il saat 16:50-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.​

Geri

12 sentyabr 2018-ci il saat 16:40-dək:

Cəlilabad rayonunun Ağusəm kəndində ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və altına yığılmış 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 sentyabr 2018-ci il saat 14:00-dək:

Beyləqan rayonunun Örənqala qəsəbəsində 1 ha sahədə quru ot və ümumi sahəsi 120 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 110 m² sahədə yanmışdır. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Mingəçevir şəhərində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanmışdır. Yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Borisov Serqey Aleksandroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunmuşdur. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilmişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 sentyabr 2018-ci il saat 10:40-dək:

Bakı şəhərinin Səbail rayonunda "Volkswagen" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 sentyabr 2018-ci il saat 09:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı və Binəqədi rayonlarında 3 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır. ​

Geri

12 sentyabr 2018-ci il saat 09:00-dək:

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 600 m² olan sexin (hazırda fəaliyyət göstərmir) yanar konstruksiyaları yanmışdır. Bitişik digər sexlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Quba rayonunun Qrızdəhnə kəndində ümumi sahəsi 429 m² olan ikimərtəbəli 13 otaqlı mansarda tipli evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Samux rayonunun Lək kəndində 32 ton ot bağlamasının 20 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.

Geri

12 sentyabr 2018-ci il saat 04:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Çarxı kəndində "VAZ" markalı minik avtomobili beton maneəyə çırpılmışdır. Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​

Geri

12 sentyabr 2018-ci il saat 01:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.​