AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SU EHTİYYATLARI DÖVLƏT AGENTLİYİ







Geri

13 aprel 2018-ci il saat 19:00-dək:

Salyan rayonunun Qarabağlı kəndində ümumi sahəsi 40 m² olan talvarın altına yığılmış 2,5 ton ot bağlamasının 0,8 tonu yanmışdır. Talvar və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin mətbəxi 6 m² sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

13 iyun 2018-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonu ərazisində boya sexində yanğın baş vermişdir. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə  qüvvələri hadisə yerindədir. Yanğın məhdudlaşdırılmışdır. Ətraf ərazilərə təhlükə yoxdur. Əlavə məlumat veriləcək.

Geri

13 iyun 2018-ci il saat 11:25-dək:

Salyan şəhərində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Geri

13 iyun 2018-ci il saat 11:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.​
Geri

13 iyun 2018-ci il saat 08:45-dək:

Bakı şəhərinin Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən hamam otağının yanar konstruksiyaları və lambirdən ibarət üzlüyü 27 m² sahədə yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

13 iyun 2018-ci il saat 06:10-dək:

Lerik rayonunun Axunahiran kəndində ümumi sahəsi 96 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tövlə yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.