AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SU EHTİYYATLARI DÖVLƏT AGENTLİYİ







Geri

09 fevral 2018-ci il saat 22:15-dək:

İmişli rayonu, Telişli kəndində 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

09 fevral 2018-ci il saat 22:00-dək:

Şəmkir rayonu, Qapanlı kəndində “QAZ” markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 5 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

09 fevral 2018-ci il saat 20:00-dək:

Bakı şəhəri, Suraxanı rayonunda “Iran Khodro” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

09 fevral 2018-ci il saat 19:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açmış və uşağı valideynlərinə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.​ 
Geri

09 fevral 2018-ci il saat 11:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

09 fevral 2018-ci il saat 08:00-dək:

Masallı rayonunun Göyəçöl kəndində ümumi sahəsi 210 m2 olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində 1 otağın və dəhlizin yanar konstruksiyaları 55 m2 sahədə, ikinci mərtəbədə 3 otağın və dəhlizin yanar konstruksiyaları 105 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.