AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SU EHTİYYATLARI DÖVLƏT AGENTLİYİ







Geri

14 fevral 2018-ci il saat 20:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərin, Yasamal rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.​

Geri

14 fevral 2018-ci il saat 17:45-dək:

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 20 m2 olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​

Geri

14 fevral 2018-ci il saat 16:00-dək:

Sumqayıt şəhərində ümumi sahəsi 100 m2 olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 12 m2 sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​​

Geri

14 fevral 2018-ci il saat 08:00-dək:

Astara rayonu, Seləkəran kəndində ümumi  sahəsi 36 molan tövlənin  dam örtüyünün yanar konstruksiyaları 24 msahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Daşkəsən rayonu, Xoşbulaq kəndində ümumi sahəsi 216 molan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 196 msahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Geri

14 fevral 2018-ci il saat 04:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.​
Geri

14 fevral 2018-ci il saat 01:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.