AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SU EHTİYYATLARI DÖVLƏT AGENTLİYİ





Geri

13 sentyabr 2017-ci il saat 16:15-dək:

Cəlilabad rayonu, Şükürlü kəndində ümumi sahəsi 135 m2 olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 40 ton ot bağlamasının 20 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 sentyabr 2017-ci il saat 15:15-dək:

Ağcabədi rayonu, Aşağı Avşar kəndində 2 ton ot bağlamasının 600 kq-ı yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Nohurqışlaq kəndində ümumi sahəsi 16 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və çardağına yığılmış 900 kq ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 sentyabr 2017-ci il saat 13:45-dək:

Quba şəhərində ümumi sahəsi 60 m2 olan təndirxananın tavanı 4 m2 sahədə yanmışdır. Təndirxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Hazırəhmədli kəndində 5 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 sentyabr 2017-ci il saat 12:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə termometr sınmış və daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 11:25-də başa çatmışdır.

Geri

13 sentyabr 2017-ci il saat 12:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bəhrəmtəpə-Horadiz yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində "MAZ" markalı yük avtomobili yol qəzası nəticəsində yol kənarına aşmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 10:40-da başa çatmışdır.

Geri

13 sentyabr 2017-ci il saat 11:15-dək:

Göyçay rayonu, Bığır kəndində ümumi sahəsi 15 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və tövləyə bitişik yığılmış 3 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 sentyabr 2017-ci il saat 08:00-dək:

Zaqatala rayonu, Muğanlı kəndində ümumi sahəsi 88 m2 olan tövlənin çardağının yanar konstruksiyaları, çardağına yığılmış 2,5 ton ot bağlamasının 1,5 tonu və 1 m taxta materilallar yanmışdır. Tövlənin qalan hissəsi və tövlənin içərisinə yığılmış odun yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi  60 m2 olan tövlənin çardağının yanar konstruksiyaları, içərisinə yığılmış 5 ton ot bağlaması, 204 kiloqram yem və tövləyə bitişik yığılmış 12 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 sentyabr 2017-ci il saat 02:45-dək:

Saatlı rayonu, Varxand kəndində ümumi sahəsi 50 m2 olan talvarın yanar konstruksiyaları 30 m2 sahədə və talvarın altına yığılmış 13 ton ot bağlamasının 6 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 sentyabr 2017-ci il saat 02:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin barmağında üzüyün sıxılaraq qalması barədə məlumat daxil olmuşdur. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq üzüyü kəsmiş və vətəndaşın barmağından çıxarmışlar. Əməliyyat saat 01:24-də başa çatmışdır.