AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SU EHTİYYATLARI DÖVLƏT AGENTLİYİ







Geri

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2018-ci ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü ELAN edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Muğan” ASC,  “Aveta” MMC, “Neon” firması, “EL-Babatürk” MMC, “Pak-Nur” firması, “Xırman” MMC, “Rəşad” firması, “Səma” FF firması, “Avropa” firması, “Sarı sünbül” firması, “Azəri-Arapoğlu” US, T.Ltd BM və “Svinks” MMC müəssisələri vasitəsilə cari ilin iyun ayının 7-dən sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 300 AZN olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcəkdir. Taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər:

I. Dənin naturası (bir litrlik purkalarda qramla):

  • buğda üçün - 750 q/l-dən az olmamaqla

II. Alaq otları (zibil) qarışığı (faizlə):

  • buğda üçün - 2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə):

  • buğda üçün - 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə)- bütün bitkilər üçün:

  • 13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq : 3-cü sinif buğda üçün - 23 faizdən az olmamaqla

  • yapışqanlığın keyfiyyəti: (göstərici: 65-75)

VI.  Şüşəvarilik:

  • 3-cü sinif buğda üçün - 40% -dən az olmamaqla

VII.  İyi və dad – bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad - yol verilmir

VIII.  Sürmə ilə sirayətlənmiş dənlər - yol verilmir

IX.  Anbar ziyanvericiləri ilə sirayətlənmə - yol verilmir

X.  Digər əlamətlər – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir

Bildiririk ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcəkdir. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (09:00-dan 18:00-a kimi):

  • “Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03;
  • “Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu,  Səngəçal qəsəbəsi, Bakı-Səlyan şossesinin 51-ci kilometrliyi, tel: 050-218-30-06;
  • “Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi, tel: 012-342-90-04; 050-352-50-01;
  • “Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21;                                        
  • “Karat-Holdinq”: Xırdalan şəhəri, Şamaxı şossesi-23, tel: 050-222-38-36;
  • “Karmen”  MMC: Abşeron rayonu, Yeni Şamaxı şossesi-23, tel: 050-223-18-93;                       
  • “Gəncə-Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel: 050-265-80-75;
  • “N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, tel. 012-566-00-44; 050-214-72-81;
  • “Muğan” ASC: Bakı şəhəri, tel: 050-322-12-75;
  • “Aveta” MMC: Kürdəmir şəhəri, Bakı prospekti 6, tel: 0-50-200-11-87;  
  • “Neon” firması: Gəncə şəhəri, Ə.Əliyev küç. 3, tel: 0-50-220-30-27;
  • “EL-Babatürk” MMC: Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300, tel: 012-346-08-08, 055-271-73-73;
  • “Pak-Nur” firması: Xaçmaz şəhəri, tel: 050-590-18-36;
  • “Xırman” MMC: Biləcəri qəsəbəsi, tel: 077-270-97-20;
  • “Rəşad” firması: Bərdə şəhəri, tel: 050-215-99-00;
  • “Svinks” MMC: Xırdalan şəhəri, tel: 050-630-65-92;
  • “Azəri-Arapoğlu” US, T.Ltd BM: Gəncə şəhəri, tel: 050-222-65-22;
  • “Səma” FF: Bakı şəhəri, tel: 050-311-52-51;
  • “Avropa” firması: Bakı şəhəri, tel: 050-255-48-88;
  • “Sarı sünbül” firması: Giləzi, tel: 050-212-29-66;

Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün tələb edilən sənədlər:

  • 2018-ci ilin iyul ayının 1-i tarixinə kimi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən, 1 iyul 2018-ci il tarixindən etibarən isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş daxili karantin sertifikatı.
  • Dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti. Uyğunluq sertifikatı könüllülük prinsipi əsasında təqdim edilə bilər. 1 iyul 2018-ci il tarixindən buğda məhsulu istehsalçılarının qeydiyyata alınmaları üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri tövsiyə edilir.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xətti”nə müraciət etmək olar.

Digər məlumatlar

ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyində görüş keçirmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində 14 iyun 2018-ci il tairixində ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-leytenant Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. ...

Ardını oxu

FHN "Qafqaz Baku City Hotel & Residence” otelində yanğın-taktiki təlimi keçirəcəkdir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi 2018-ci il iyunun 12-də saat 15:00-da Bakı şəhər Tbilisi prospekti 34 ünvanında yerləşən “Qafqaz Baku City Hotel & Residence” otelində yanğın-taktiki təlimi keçirəcəkdir. ...

Ardını oxu

Azərbaycan Respublikasi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə ELAN edir

2018-ci ilin çimərlik mövsümü ərzində (15 iyun - 15 sentyabr) vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 18-40 yaşlarında, Azərbaycan dövlət dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. ...

Ardını oxu