AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SU EHTİYYATLARI DÖVLƏT AGENTLİYİ





Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 4-də ölkəmizdə səfərdə olan İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən ətraflı danışaraq ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən bəhs etmişdir. Nazir çoxşaxəli fəaliyyətə malik olan “Leonardo” şirkəti ilə fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.

Səmimi görüşə görə təşəkkürünü bildirən “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo rəhbərlik etdiyi şirkətin Azərbaycanla əməkdaşlıqda hər zaman maraqlı olduğunu diqqətə çatdırmış, fövqəladə hallarla mübarizə sahəsindəki əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin mühümlüyündən danışmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.

Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam etmişdir. Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. ...

Ardını oxu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2018-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: ...

Ardını oxu