AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

SU EHTİYYATLARI DÖVLƏT AGENTLİYİ





Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Özbəkistanın fövqəladə hallar naziri Rustam Curayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür (Video)

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 3-də ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının fövqəladə hallar naziri Rustam Curayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov Özbəkistanın fövqəladə hallar naziri Rustam Curayevin ölkəmizə ilk dəfə rəsmi səfərə gəldiyini və bu səfərin fövqəladə hallarla mübarizə sahəsində ikitərəfli əlaqələrin inkişafına mühüm töhvə verəcəyinə əminliyini ifadə etmişdir. Ökəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışan nazir Kəmaləddin Heydərov baş verə biləcək fövqəladə hallarla mübarizə sahəsində Azərbaycanla Özbəkistanın Fövqəladə Hallar nazirliklərinin birgə, qarşılıqlı fəaliyyətinin mühüm rol oynayacağını vurğulamışdır.

Səmimi görüşə görə təşəkkürünü bildirən Özbəkistan Respublikasının fövqəladə hallar naziri Rustam Curayev hər iki ölkənin aidiyyatı qurumları arasındakı mövcud əməkdaşlığın dərinləşməsinin mühümlüyünü qeyd etmişdir. Qonaq fövqəladə hallar sahəsində Azərbaycan və Özbəkistanın Fövqəladə Hallar nazirliklərinin birgə əməkdaşlığının perspektivlərindən danışmışdır.

Sonra “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Özbəkistan Respublikası Fövqəladə Hallar Nazirliyi arasında 2018-2019-cu illər üçün əməkdaşlıq üzrə tədbirlər  Planı” imzalanmışdır. Sənədi hər iki ölkənin fövqəladə hallar nazirləri Kəmaləddin Heydərov və Rustam Curayev imzalamışlar. 

Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam etmişdir. Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. ...

Ardını oxu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2018-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: ...

Ardını oxu